Tarix : 2013 Nov 14
Kod 40869

Aşura əzadarlıqi Azərbaycan Respublikasında /baki-Gəncə-Lənkəran-Nardaran...

Aşura  əzadarlıqi  Azərbaycan Respublikasında


Nardaranda möhtəşəm Aşura əzadarlıq mərasimləri təşkil edildi

 Dünən gecədən etibarən başalayan tədbir bu gün zöhr namazında bitib

dünən gecə saatlarından etibarən xanım Rəhimənin (ə) ziyarətgahının ətrafında çox sayda insan İmam Hüseynə (ə) əzadarlıq ediblər.


 Kəndin girişində polis postları qurulub. Ötən illərə nisbətdə daha çox əzadarların gəldiyi Nardaranda, Aşura izdihamla qeyd edilib. Çıxış edənlər Aşura vaqiəsi və Əhlibeyt fəzilətlərindən danışıblar. Mərsiyə, nohə oxunub, sinə və zəncirlər vurulub.


Lənkəranda Aşura yürüşü

Lənkəranda hər il olduğu kimi, bu il də Aşura yürüşü keçirilib. Yerli sakinlər “Ya Hüseyn!” sədaları ilə yürüş edərək İslam Peyğəmbərinin (ə) əziz nəvəsini yad ediblər. Yürüş edənlərin önündə tanınmış ruhanilər olublar.

Gəncədə də Aşura izdihamlı olub

mam Hüseyn şəhəri adlandırılan Gəncədə bu ildə Aşura mərasimi izdihamlı olub.  Şəhərin minlərlə sakini Kərbəla şəhidlərini əzadarlıq mərasimi ilə yad ediblər. Şəhər İcra Hakimiyyəti tərəfindən İmamzadə ziyarətgahına avtobuslarla gediş təmin edilsə də, artıq ikinci ildir ənənəvi Aşura yürüşünə yenə də icazə verilməyib.

"Cümə" icmasının Aşura karvanı

Artıq bəşər tarixin qanlı və faciəvi müsibətlərindən olan Aşura gününə daxil olmuşuq. Yaşamaqda olduğumuz Aşura gecəsində İçərişəhər "Cümə" məscidinin dini icması əza mərasimlərinə davam edib.

Kərbəlanın qanlı gecəsinin daxil olması ilə 1000-dən artıq icma fəalı eşq karvanına qoşularaq Şüvəlandakı Mir Mövsüm Ağa ziyarətgahına yollanıb. Burada ilk olaraq nisgilli sinələrlə mərsiyə və növhələr deyilib, əzadarlıq edilib. Eşq karvanının zəvvarları qarşısında çıxış edən İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu, nitqinin sonunda bir sıra dualar edib, Allahdan toplumumuz üçün Hüseyni (ə) həyat, torpaqlarımızın azadlığını, aqibətlərin xeyirliyini diləyib.

Daha sonra müqəddəs məkan ziyarət edilib, ziyarət namazları qılınıb. Davamında Hüseynçilər yenidən dövrə vuraraq Kərbəla müsibətini, Əba Əbdillah (ə) və karvandaşlarının qərib qaldığı gecəni anılıb, bu günün qəhrəmanlarına həsr edilən müxtəlif mərsiyələr söylənərək, ürəkləri riqqətə gətirən əzardarlıq mərasimi keçirilib.

  • Yazılıb
  • da (də) 2013 Nov 14