Tarix : 2015 May 05
Kod 45824

Suriyaya terrorçu yığan Türkiyə vətəndaşı saxlanıldı

50 yaşlı Mehdi Yakuş gəncləri Suriyaya terrorçuların dəstəsinə qoşulmağa təşviq edirmiş

Arannews - Tacikistan xüsusi xidmət orqanları gəncləri Suriyadakı terror qruplarına cəlb edən Türkiyə vətəndaşını saxlayıb.

bu barədə yerli "Ozodagon" İA məlumat yayıb.

Xəbərdə bildirilir ki, 50 yaşlı Mehdi Yaku turist kimi gəldiyini gööstərsə də, əsasən özbəkdilli gəncləri  Suriyaya terrorçuların dəstəsinə qoşulmağa təşviq edirmiş.

Artıq məlumdur ki, o, yerli sakinlərdən bəzilərinə qeyri-qanuni yolla ölkədən çıxarmağa və Türkiyənin Suriya ilə sərhəddə yerləşən Şanlıurfaya aparmağa söz veribmiş.

Hazırda istintaq davam edir./faktxeber

  • Yazılıb
  • da (də) 2015 May 05