Tarix : 2013 Oct 30
Kod 40690

Vladimir Putin:Sələfilərın ayaqlarını qırarıq

"Rusiya Suriyaya heç bir silahlı müdaxiləyə icazə verməyəcək"

Arannews- Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistana cavab verib: Sələfilər Rusiyaya daxil olarsa, onların ayaqlarını qırarıq,Rusiya Suriyaya heç bir silahlı müdaxiləyə icazə verməyəcək .

Səudiyyə Ərəbistanının kəşfiyyat naziri Bəndər bin Sultan Rusiya Federasiyasına səfər edib .

O, Suriya məsələsində rəsmi Kremli tutduğu mövqedən çəkindirmək istəyib .

Məlumata görə Bəndər bin Sultan fikirlərini diplomatik yolla mətnaltı mənalarla çatdırıb .

Rusiya prezidenti Vladimir Putin isə bu cür ibarələrə dərhal açıq şəkildə cavab verib: “Rusiya Suriyaya heç bir silahlı müdaxiləyə icazə verməyəcək. Və əgər həmin başıpozuq sələfilər Rusiyaya daxil olarsa, onların ayaqlarını qırarıq.”/ əl-Mənar


  • Yazılıb
  • da (də) 2013 Oct 30