Xəbər Lenti

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir

Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Ordumuz şəhid verdi

XİN: Ermənistanın törətdiyi növbəti qanlı əməl bölgədə gərginliyi artırmağa xidmət edir

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Azərbaycan Respublikasının oructutanları ilə canlı yayımda söhbət edib

Ayətullah Amili Azərbaycan Respublikası xalqını Fitr bayramı münasibətilə təbrik edib

İran nüvə silahı ilə bağlı bəyanat verdi

Eldar Mahmudov onu "bitirməyə" mane olan kompromatları harada saxlayır, Londonda, yoxsa

Arxiv Print RSS
 
Tarix : 2015 Dec 17     |     Kod : 47262

“Hakimiyyətin seçdiyi yol ölkəni təhlükəyə aparır”

Eldəniz quliyev: «Özləri etiraf etdilər ki, MTN-i quldur yuvasına çevriblər» - MUSAHIBƏ

Eldəniz Quliyev: «Hakimiyyət siyasi rəqiblərini həbs etməklə mesaj göndərir ki, dinmə, danışma və çətinliyə döz».

AranNews- MTN-də baş verənlər son nəticədə hökuməti təşkilatın adını dəyişdirməyə vadar etdi. Əslində hakimiyyət bununla bu təşkilatın cəmiyyətdə necə mənfi imicə sahib olduğunu etiraf etmiş oldu. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir. E.Quliyevlə söhbətimizə məhz MTN-in iki yerə ayrılmasını və adının dəyişdirilməsi səbəbini öyrənməklə başlamaq qərarına gəldik.

– Ad dəyişikliyi bu strukturun fəaliyyətində dəyişikliyə səbəb olacaqmı? Yoxsa biz sadəcə olaraq MTN-in adının dəyişdirilməsi ilə kifayətlənməli olacağıq?
– Bu cür böyük və zəhmli bir idarənin parçalanması, onun adının dəyişdirilməsi mahiyyət etibarı ilə heç nəyi dəyişməyəcək. Əgər milli təhlükəsizlik doktrinası şəffaf və aydın şəkildə ortada yoxdursa, o zaman strukturun bir neçə yerə parçalanmasının məsələyə aidiyyəti yoxdur. Bunun səbəbi bəs nədir? Azərbaycanda təhlükəsizlik naziri təhlükə toxumu səpməklə məşğul olurdu. Ikinci bir mühüm məqam da odur ki, MTN səlahiyyətlərini aşaraq öz gücünü lazım olduğundan artıq əzələ nümayiş etdirirdi. Elə məhz bu üzdən də bir sıra sədlər keçilirdi. Amma məsələ orasındadır ki, bunların hamısı aydın idi. Çovdarovun məsələsi, müxalifət düşüncəli insanların dinlənilməsi, onlara təzyiq və sair bütün bu faktlar bilinirdi. Amma qanundan kənar fəaliyyətlə ifrat dərəcədə məşğul olunduğu daha ciddi faktlarla məlum oldu.

– Əslində hakimiyyət son addımı ilə milli təhlükəsizliyə cavabdeh olan bir qurumun ictimaiyyətin gözündən düşdüyünü və bu strukturun cəmiyyətin gözündə neqativ imic yaratdığını etiraf etmiş olmurmu?
– Hakimiyyət özü etiraf etdi ki, MTN bir quldur yuvasına çevrilmişdi. Bu strukturda əsaslı dəyişiklik edilməli idi. Yəni bu, hakimiyyətin özünün istəyi ilə oldu. Məsələyə başqa cür də yanaşa bilərdilər. Hazırda hamı yıxılana balta vurmaq istəyir. Amma MTN-i tam tərkibdə quldur yuvası kimi təqdim etmək də düzgün deyil. Zaman-zaman onlar Azərbaycanın təhlükəsizliyi baxımından müəyyən işlər görüblər. Əminəm ki, orada öz peşəsinə, dövlətçiliyə səmimi surətdə qulluq edən insanlar da var. Bir dananın bütün naxırı korlaması məsəlini xatırlasaq… biz bütün naxırı günahlandırmamalıyıq. Şəxsən mən istəməzdim ki, seçki öncəsi, iqtisadi böhran keçirən bir məmləkətdə, bəzi qonşuların təzyiqi ilə üzləşdiyimiz zaman kəsiyində milli təhlükəsizliyə cavabdeh nazirlik bu formada ifşa olunsun. Bunu başqa formada da etmək olardı.

“SOCAR-ın yataqlarında təhlükəsizliyə riayət olunmaması özünü göstərməli idi”
– Hələ də gündəmdə qalan ümumi bir faciəmiz var. Söhbət “Günəşli” yatağında yerləşən 10-cu platformada baş verən yanğından gedir. Bu hadisəyə görə kimlər məsuliyyət daşıyır? Bu hadisənin başvermə səbəbi nədir? Baş verən hadisənin əsas səbəbi kimi məsuliyyətsizlik, təhlükəsizlik qaydalarına riayət edilməməsi, FHN və SOCAR-ın fors-major hadisələrə hazır olmaması vurğulanır…
– Yataqda baş verən faciənin səbəbinə sadaladığınız səbəblərin hər biri daxildir. Burada ilk növbədə məsuliyyətsizliyi vurğulamaq gərəkdir. Biz ağ fonu görmək üçün qara fondan istifadə edirik, ya əksinə. Xəzərdə xarici ölkələrin gəmiləri üzür, onların işlədiyi platformalar var. Bizim müqayisə aparmaq imkanımız var. Müqayisə zamanı görürük ki, SOCAR-ın rəhbərliyi ilə fəaliyyət göstərən platformalar hansı vəziyyətdədir. Bu özünü hardasa göstərməli idi. Təəssüf ki, bu özünü bu cür faciə ilə göstərdi. Milli Şuranın baş verənlə bağlı bəyanatı var. Həmin bəyanatda bir-bir hər şey sadalanıb. Bizim hakimiyyət, SOCAR və FHN bir adi həqiqəti anlamalıdır ki, vətəndaş, insan ölkənin ən qiymətli dəyəridir, ən qiymətli kapitalıdır. Bu reallıq anlanılmasa, o, zaman-zaman təkrarlanacaq. Insana dəyər verilməlidir.

“Dövlət vətəndaşına insani münasibət bəsləməlidir”
– Daha bir diqqət çəkən məsələ Nardaranda baş verənlərdir. Hökumət açıq şəkildə vətəndaşını işıq və qazla sınağa çəkdi. Kəndə çörək verilişi dayandırıldı. Bu nə dərəcədə düzgündür? Eyni zamanda Nardaranda görülən abadlıq işləri ilə bağlı da təbliğat kampaniyası aparılır…
– Nardaran mövzusu təhlükəli mövzular sırasındadır. Amma gəlin biz səmimi olaq və açıq danışaq. Nardaranda çörək, su, işıq və qaz problemi illərdir ki, var. Illərdir Nardaran əhli konkret sual ortaya qoyur ki, biz necə yaşayaq? Əgər bu kənd yüz illərdir ki, dəniz kənarında yerləşdiyindən balıqçılıqla məşğul olursa və bu gün nardaranlıları dənizə çıxmağa qoymurlarsa, bunun adı nədir? Əgər nardaranlılar istixanalarda gül becərib dolandığı halda, kəndə su, işıq, qaz verilməyəndə, yollar bərbad vəziyyətdə olanda əhali necə dolanmalıdır? Bu sualların cavabı verilməli idi ki, sonra o faciəvi Nardaran hadisəsi baş verməsin. Bu problemlər həll olunmalıydı. Indi başlayıblar nəsə etməyə. Bunu dəyərləndirirəm. Amma bunları reklam xətrinə görmək lazım deyil. Bu işi görmək hökumətin borcudur. Sadəcə olaraq Nardaranda baş verən hadisə bəzi qrupları qıcıqlandırır. Əhali Konstitusiyada təsbit olunan haqlarını tələb edirdi və mən onları qınamıram. Mənim ciddi şübhəm var ki, Nardaranda silahlı dəstələr yaradılıb, dövləti silahlı, qeyri-Konstitusion yolla devirməyə çağırışlar olub. Çünki ortada hakimiyyətin rəyi var, fakt yoxdur. Cəmiyyət bilmək istəyir ki, Nardaranda ölənlər müqavimət göstərəndə öldürülüb, yoxsa namaz qılanda? Bunu ortaya qoymamış hamını dini radikalizmdə ittiham etmək olmaz. Çox arzu edirəm ki, vətəndaşımız dövlətçiliyi müqəddəs saysın. Amma Azərbaycan dövlətçiliyini təmsil edən hökumət də öz vətəndaşını insan saysın. Nardaranlılar heç zaman dövlətçiliyin əleyhinə olmayıblar. Onlar olsa-olsa hökumətin əleyhinə olublar. Bu isə eyni şey deyil.

“Cərimələrlə büdcəni doldurmaq olmaz”
– Maliyyə çətinliyi yaşandığı dövrdə hökumət “qayışları sıxmağa” başlayıb. Hökumət məcbur qalıb bir sıra layihələrdən imtina edir. Hətta qanunlara dəyişiklik edilərək cərimələr daha da sərtləşdirilir. Cərimələrin sərtləşdirilməsi ilə büdcəyə əlavə vəsaitin cəlb edilməsinə çalışılması çıxış yoludurmu? Bununla büdcəni doldurmaq mümkün olacaqmı? Hökumət özü də etiraf edir ki, bir sıra iri layihələr lüzumsuzdur. Bəs, o zaman bu lüzumsuz layihələr vaxtilə niyə qəbul edilirdi?
– Əvvəlla onu deyim ki, yeməklə doymayan yalamaqla doymaz. Tətbiq olunan yeni cərimələr gülünc görünür. Əgər intensiv işləyən bir yol təmirə möhtacdırsa və təmirə dayanırsa, sürücülər kənar yollardan əziyyətlə istifadə edəndə onu anlayırlar ki, əsas yol düzəldilir, müəyyən müddət səbr etmək lazımdır. Amma o yolu həftədə bir dəfə sökürlərsə, kiminsə səhvindən yenidən təmirə başlayırlarsa, o zaman əsəb, qıcıq yaranır. Hakimiyyət bir şeydən imtina etməlidir. Hakimiyyət məhkəmə hakimi kimi idarəçilikdən imtina etməlidir. Bəzi qadağalar qoyulur. Guya ki, bu, ölkənin düşdüyü indiki maliyyə böhranında hər hansı köməklik edəcək. Bu, absurd və bir az eksentrik təsir bağışlayır. Yoldan keçən adamı 10-20 manat cərimələyirsənsə, bununla büdcəmi doldurmaq olar? Burada əvvəlcədən ciddi bir səhv buraxılıb. Neftdən gələn gəlir qeyri-neft sektoruna ağıllı tərzdə yerləşdirilməyib. Bir çox hallarda lazımsız layihələrə yönəlib, büdcədən ayrılan maliyyə korrupsiya üçün yem olub. Halbuki bizim gözümüzün önündə Norveç fenomeni var. Onlar neftdən gələn gəliri rasional və ağıllı şəkildə qeyri-neft sektoruna elə yerləşdirdilər ki, həmin qeyri-neft sektorundan hazırda gələn gəlir neft sektorundan qat-qat yüksəkdir. Sabah Norveç bir litr də neft çıxarmasa, bu onlara təsir etməyəcək. Eyni zamanda Nigeriya misalı da var. Neftdən gələn gəlir bir çox hallarda lazımsız yerlərə qoyuldu. Neft artıq olan zaman bəzi dairələr bundan yararlandı. Amma hazırda neftin qiymətinin aşağı düşməsi ölkəni pis duruma salıb. Məni yandıran da odur ki, Azərbaycanda da bu məsələyə intelektlə yanaşılmayıb. Cərimələrin artırılması, cəza sanksiyalarının gücləndirilməsi “daldan atılan daş topuğa dəyər” misalına bərabərdir.

“Xalqın vəsaitinin oğurlanması sadəcə olaraq millətə qarşı düşmənçilikdir”
– Ekspertlərə görə, gələn il sosial baxımdan gərgin il olacaq. Ona görə hökumət repressiyaları gücləndirərək sosial narazılığı təşkilatlandıra biləcək qurumlara qarşı hücuma keçib. Elə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsini Nardaran olayları ilə bağlamağa çalışırlar…
– Hakimiyyət əgər dünyada baş verən maliyyə böhranının nəticəsi kimi Azərbaycanda baş verənləri də ortaya qoysaydı, cəmiyyət bunu anlayardı. Amma hökumət, təəssüf ki, başqa yolu seçib. Hakimiyyət ölkəni pıçıltı məmləkətinə çevirmək istəyir. Hakimiyyət siyasi pressinqi artırmaq, siyasi rəqiblərini həbs etməklə nümunə göstərmək istəyir ki, dinmə, danışma və çətinliyə döz. Hakimiyyət cəmiyyəti məcbur etmək yolunu seçdi. Hakimiyyətin seçdiyi bu yol bir qədər təhlükəli və xətalıdır.
– Məlum oldu ki, 2004-cü və 2013-cü illər ərzində ölkədən 95 milyard dollar vəsait çıxarıb. Ölkənin ciddi maliyyə çətinliyi ilə üzləşdiyi bir zamanda bu vəsait ölkəyə hansı yardımı edə bilərdi?
– Əgər bu faktdırsa və dediyiniz əməl həqiqətən oulbsa, bunun adını yalnız öz xalqına, vətəninə qarşı düşmənçilik adlandırmaq olar. Əgər xalqın pulu bu cür oğurlanaraq, ölkədən çıxarılıbsa, bu, bağışlanmazdır. Bu iri məbləği təsəvvür etmək belə çətindir. Insanların ciddi sosial-iqtisadi çətinliklərlə üz-üzə olduğu bir zamanda, kreditlərdən əziyyət çəkdiyi halda zaman-zaman vətəndaşımızın cibindən oğurlanması yalnız düşmənçilikdir.
– MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun hələ də həbs olunmaması gündəmdədir. MTN-də ortaya çıxan qorxunc cinayətlər belə onun həbs olunmasına gətirib çıxarmadı. Bu addımı əngəlləyən nədir? MTN-in adı da dəyişdirildi, onun yerində iki struktur yarandı…
– Düşünürəm ki, Eldar Mahmudov bütün bu hadisələr başlamamışdan əvvəl dövlət rəhbərliyinə qarşı çox ciddi kompromatları ölkədən çıxarıb. Bu kompromatlar onun üçün kritik hesab olunan anda açıqlana bilər.


Yazılıb da (də)   2015 Dec 17  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap