Tarix : 2009 Mar 02
Kod 10920

Rusiya Azərbaycan R-da rus mədəniyyəti ilə rəftardan razılıq edib

Rusiya Prezident Aparatının başçısı Sergey Narişkin Bakı İslam Universitetindəki çıxışında Azərbaycan Respublikasında rus dilinin öyrənilməsi ilə bağlı şəraitdən razılıq edib
Azərbaycan servisi/Aran Agentliyi

Rusiya Prezident Aparatının başçısı Sergey Narişkin Bakı İslam Universitetindəki çıxışında Azərbaycan Respublikasında rus dilinin öyrənilməsi ilə bağlı şəraitdən razılıq edib.
O deyib: Rus dili və mədəniyyəti ilə müsbət rəftar məni sevindirib və bu Azərbaycan Respublikası hökumətinin uzaqgörənlik siyasətidir.
Narişkin Azərbaycan Respublikasının ali təhsil mərkəzlərinin tələbələrinə Dmitri Mendeleyev adına təqaüd təqdim edib.
O Azərbaycan Respublikasına səfəri çərçivəsində Bakıda, Moskva Dövlət Universiteti filialının açılış mərasimində də iştirak edib.
Azərbaycan Respublikası Prezident Aparatının başçısı Ramiz Mehdiyev bu mərasimdə deyib ki, Sergey Narişkinin səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcəkdir.
Trend Xəbər Agentliyinin məlumatına görə, rus dili Azərbaycan Respublikası da eləcə də bu respublikanın ali təhsil ocaqlarında mühüm yerə malikdir.
Statistikalar göstərir ki, bu ölkədə 16 mindən yuxarı tələbə rus dilində təhsil alır. Ali təhsil mərkəzlərindəki tələbələrin 65%-i, məktəblilərin də 74%-i rus dilini öyrənir.
Ramiz Mehdiyev Ria-Novosti və İTAR-TASS Xəbər Agentliklərinin Azərbaycan Respublikasındakı fəaliyyətlərinə toxunaraq deyib ki, bu ölkənin medialarında rus dilindən fəal şəkildə istifadə olunur.
Azərbaycan Respublikasında rus dilinin yayılması üzrə səylər elə bir halda göstərilir ki, bu respublikada dövlət rəsmiləri fars dilinin tədris və öyrənilməsi, habelə Azərbaycan Respublikası xalqının tarixi qaynaqlarının qorunmasına tamamilə laqeyddirlər.

  • Yazılıb
  • da (də) 2009 Mar 02