Tarix : 2009 Apr 03
Kod 11431

İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək layihəni dəstəkləyir

Bakıda nəqliyyat nazirlərinin toplantısında iştirak edən Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib ki, ölkəsi İran, Azərbaycan və Rusiya dəmir yollarını ...
Azərbaycan servisi/Aran Agentliyi
Bakıda nəqliyyat nazirlərinin toplantısında iştirak edən Rusiyanın nəqliyyat naziri İqor Levitin bildirib ki, ölkəsi İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirəcək layihənin həyata keçirilməsini dəstəkləyir: “Bizim İran-Azərbaycan- Rusiya dəmir yolunun tikintisi üzrə planlarımız var və bu planlar Şimal-Qərb nəqliyyat dəhlizi üzrə malların hərəkətini sürətləndirəcək və bu gün Rusiya dəmiryolu şirkətlərinin rəhbərləri buradadır. Onlar öz həmkarları ilə görüşəcəklər. Digər bizim üçün çox vacib olan tədbir avtomobil nəqliyyatında yükdaşımaların tezləşdirilməsidir.
Azərbaycanla -Rusiya arasındakı nəqliyyat vasitələrinin sərhəd keçidində və onların sənədləşdirmə işlərində bəzi problemlər yaşanır. Yükdaşımaların sürətli keçidini təmin etmək üçün bəzi bürokratik əngəllər aradan qaldırılmalıdır. Onu da deyim ki, hətta iqtisadi böhran şəraitində bizim ölkələr arasında daşımaların həcmi azalmayıb”.
  • Yazılıb
  • da (də) 2009 Apr 03