Tarix : 2009 Apr 22
Kod 11480

Gürcüstan Ermənistana Rusiya qazının nəqlini dayandırır

göstərilən vaxt ərzində Ermənistan qaz istifadəçilərinin təhcizatı məhdudiyyətsiz olaraq Abovyan qaz anbarındakı qaz ehtiyatları hesabına həyata keçiriləcək
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan Ermənistana Rusiya təbii qazının nəqlini dayandıracaq. Ria Novosti agentliyinin məlumatına görə, bu barədə “ArmRosqazprom” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

“Gürcüstanın qaz nəqli korporasiyasının rəsmi xəbərdarlığına görə, aprelin 23–dən 26–na qədər Tiflisə yaxın magistral qaz kəmərində bərpa işləri ilə əlaqədar olaraq Ermənistana təbii qazın nəqli dayandıralacaq”- deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Ria Novosti agentliyinin məlumatına görə, göstərilən vaxt ərzində Ermənistan qaz istifadəçilərinin təhcizatı məhdudiyyətsiz olaraq Abovyan qaz anbarındakı qaz ehtiyatları hesabına həyata keçiriləcək.
  • Yazılıb
  • da (də) 2009 Apr 22