Tarix : 2009 May 22
Kod 12049

İrana qarşı sanksiyalar təsirsiz qalıb

Amerika Xarici işlər Naziri Hillari Klinton, ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olmadığını açıqlayıb
İİR servisi/Aran Agentliyi
İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, Amerika Xarici işlər Naziri Hillari Klinton, ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyaların təsirli olmadığını açıqlayıb.

Amerika Konqresində çıxış edən Xarici işlər Naziri Klinton İran İslam Respublikasını nüvə silah əldə etmək səyləri ilə ittiham etməyə çalışıb.

Klinton İrana qarşı aparılan sanksiyaların təsirli olmadığını önə çəkərək, Amerikanın İran ilə nüvə məsələsi mövzusunda diplomatik səylərin nəticəsiz qalması təqdirində daha çox sanksiyanın tədbiqində heç bir təsiti olmayacağını bildirib.
 
  • Yazılıb
  • da (də) 2009 May 22