Tarix : 2009 Jun 09
Kod 12404

Xarici jurnalistlər də İran seçkilərini işıqlandıracaq

İranda 10-cu prezident seçkilərini işıqlandırmaq üçün 646 reportyor bu ölkəyə gəlib
İİR servisi/Aran Agentliyi

İranda 10-cu prezident seçkilərini işıqlandırmaq üçün 646 reportyor bu ölkəyə gəlib .
İranda İslami İrşad və Mədəniyyət Nazirliyinin xarici medialar üzrə baş idarəsinin rəisi Möhsün Müqəddəszadə deyib ki , Onlardan 217-si qabaqcadan İrana gəlmişdi.
Nazir müavinin sözlərinə görə xarici reportyorlar 44 ölkədən gəlib və onlardan 224-ü radio-televiziya müxbiri , 147-si qəzet nümayəndələri , 21-i xəbər agentliklərinin nümayəndələri , 33-ü isə film və foto-şəkil müəssisələrinin təmsilçiləridir . Onun sözlərinə görə , İngiltərə, Fransa , Yaponiya , ABŞ və Almaniya İrana ən çox reportyor göndərən ölkədir . Müqəddəszadə qeyd edib ki , məşhur televiziyalardan CNN , Fox News və əl-Cəzirə televiziyası öz müxbirlərini İrana ezam etmişlər .

  • Yazılıb
  • da (də) 2009 Jun 09