Tarix : 2009 Jun 22
Kod 12583

Peresin Bakı səfəri Tehran-Bakı münasibətlərinə təsirsiz ötüşməyəcək

İİR-nin Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi deyib: Şimon Peresin Bakıya səfər etməsi İran və Azərbaycan Respublikası münasibətlərinə təsirsiz ötüşməyəcək
Azərbaycan Servisi/Aran Agentliyi
İİR-nin Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi deyib: Şimon Peresin Bakıya səfər etməsi İran və Azərbaycan Respublikası münasibətlərinə təsirsiz ötüşməyəcək.
Həsən Qəşqavi bu gün mətbuat konfransında jurnalistlərdən birinin Şimon Peresin İranın qonşusu olan Azərbaycan Respublikasına səfəri ilə bağlı sualını belə cavablandırıb: Xarici səfərlərin nizamlanması ölkələrin daxili işlərindən sayılır. Amma Sionist rejim başçısının səfərdən öncə söylədiyi sözləri və onların hədə-qorxularının davam etməsini, habelə digər ölkələr ilə ahəngdarlıqları və Azərbaycan Respublikası ilə qonşuluq ünsürünü nəzərə alaraq demək lazımdır ki, biz bütün bunları tam diqqətlə araşdırırıq və şübhəsiz bunlar iki ölkə münasibətlərinin nizamlanmasında təsirsiz ünsürlər deyillər.
  • Yazılıb
  • da (də) 2009 Jun 22