Tarix : 2009 Sep 10
Kod 13935

QAT iki nazirin müqəvvasını yandırdı

Təşkilat nazirləri qara siyahıya salıb
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü bu gün Təşkilatın mərkəzi qərargahının qarşısında etiraz aksiyası keçirib. QAT-dan anspress-ə daxil olan məlumata görə, aksiyada gənclər cüdoçuları Ermənistana aparan iki nazirin müqəvvalarına od vuraraq yandırıblar və hər iki nazirin adını qara siyahıya daxil ediblər.

Aksiya iştirakçılarının qəbul etdyi sənəddə isə belə deyilir: "İşğalçı Ermənistana xidmət göstərdiklərinə, gənc cüdoçuları aldadaraq düşmən ölkəyə yarışa apardıqlarına, Azərbaycanın milli maraqlarına xəyanət etdiklərinə, Azərbaycan xalqının işğalçı Ermənistan rejimi qarşısında alçaldılmasına şərait yaratdıqlarına, Şəhidlərimizin ruhlarını təhqir etdiklərinə görə gənclər və idman naziri Azad Rəhimovu, Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovu şəhidlərin ruhları qarşısında lənətləyir və qara siyahıya daxil edirik".
  • Yazılıb
  • da (də) 2009 Sep 10