Tarix : 2009 Nov 06
Kod 14802

Xəzərin statusu haqqında Konvensiya Tehranda hazırlanacaq

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun növbəti iclası 2010-cu ilin birinci rübündə Tehranda (İran) keçiriləcək
Xəzər Servisi/Aran Agentliyi
Bu işçi qrupu 1996-cı ildən Xəzəyanı ölkələrin - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərir. Sonuncu iclas öz işini Türkmənistan paytaxtında başa vurub.
Danışıqlarla tanış olan mənbənin bildirdiyi kimi, Aşqabad görüşünün iştirakçıları aparılan danışıqların "konstruktivliyini" qeyd ediblər. Fikir mübadiləsi aparılıb, eyni zamanda, ticarət gəmiçiliyi, bioresursların qorunması, təhlükəsizlik və delimitasiya məsələlərinə toxunulub. (trend)

Sovet İttifaqı dövründə Xəzərin statusu SSRİ və İran arasında 1922 və 1940-ci illərdəki müqavilələrlə tənzimlənirdi. Hazırkı mərhələdə Xəzərin dibinin delimitasiyası Azərbaycan, Türmənistan və İran arasında nizamlanmayıb. Qazaxıstan, Rusiya və Azərbaycan bu məsələdə qarşılıqlı anlaşma əldə ediblər.

  • Yazılıb
  • da (də) 2009 Nov 06