Tarix : 2009 Dec 23
Kod 15423

Biləcəridə Aşura çadırları qurulub

Artıq Məhərrəm-Səfər əyyamıdır. Əhli-beyt (ə.s.) vətəni Azərbaycanda da ölkənin hər yerində bu matəm, İmam Hüseyn (ə) əzadarlığı geniş qeyd edilməkdədir
Azərbaycan Servisi/Aran Agentliyi
Binəqədi rayonu Biləcəri qəsəbə sakini, Quran və hədis elmləri üzrə mütəxəssis, ilahiyyatçı-alim Kərbəlayi Zülfüqar Mikayılzadə qəsəbədə keçirilən təziyadarlıq mərasimləri, o cümlədən əzadarlıq mərasimlərindən söz açarkən Deyerler.org-a bildirmişdir: “Əsasən Kərbəlayi Abdullah məscidində xütbələr və söhbətlər edirik, Kərbəla müsibətini qeyd edirik. Bundan başqa bu gün Qaraçuxur, daha sonrakı günlərdə isə Nardaran, Bilgəh və Xırdalana dəvətlərimiz var. Bu dəvətlərə də gedirik. Xüsusilə də Biləcəridə yaşadığımız üçün qəsəbədə də xüsusi məclislərimiz olur. Çadırlar qurulub, məclislər keçirilir."

Xatırladaq ki, Məhərrəm ayının 10-cu günü sevgili İslam Peyğəmbərinin (s) nəvəsi, İmam Hüseyn (ə) Yezid ibni Müaviyə (lən.) tərəfindən şəhid edilmiş, Əhli-Beyti (ə) isə əsir götürülmüşdür. Bu hadisə tarixə Kərbəla müsibəti və Aşura günü kimi daxil olmuş və hər il dünyada geniş qeyd edilir.
  • Yazılıb
  • da (də) 2009 Dec 23