Tarix : 2008 Apr 30
Kod 4467

Rusiya yenə Gürcüstanı qəzəbləndirdi

Gürcüstanın xarici işlər naziri deyib ki, Moskvanın yeritdiyi siyasət getdikcə təhlükəli vəziyyət alır
Georgia Servisi/Aran Agentliyi
Rusiyanın, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarında müharibə olacağı təqdirdə ora müdaxilə edəcəyinə dair bəyanatı Gürcüstanın qəzəbinə səbəb olub.
Ölkənin Xarici İşlər Nazirliyi bunu Rusiyanin təcavüzü adlandirib. Gürcüstan, onun təbirincə desək, müdaxilə təhlükəsindən qəzəblidir.
Gürcüstanın xarici işlər naziri deyib ki, Moskvanın yeritdiyi siyasət getdikcə təhlükəli vəziyyət alır.
1990-cı illərdə baş verən vətəndaş müharibəsindən sonra Gürcüstanın Abxaziya və Cənubi Ossetiya regionlarına Rusiyanın dəstəklədiyi separatçılar nəzarət edirlər.
Bu regionlarda yaşayan adamların çoxuna Rusiya pasportu verilib.
Cümə günü Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki,
Gürcüstan nəzarəti geri almağa çalışarsa, Moskva oradakı vətəndaşlarını müdafiə etmək üçün qüvvədən istifadə edəcək.
Rusiyanın hər iki regionda sülhməramlı qüvvələri var.
Amma Gürüstan onların regionu tərk etməsini istəyir.
Gürcüstanın XİN-i deyib ki, indi Moskva münaqişədə iştirak edir.
Rəsmi Tbilisi Rusiya qoşunlarının oradakı mövcudiyyətini olduqca risqli adlandırıb.
Gürcüstanın qərbpərəst hakim dairələrinin fikrincə, Moskva separatçıları dəstəkləyir ki, onun nüfuzunu zərbə altına alsın və ölkənin NATO-ya qoşulmaq ümidlərini heçə endirsin.
  • Yazılıb
  • da (də) 2008 Apr 30