Tarix : 2008 Apr 30
Kod 4468

Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliiyi barədə aktı rədd etdi

“Dağlıq Qarabağın müstəqilliyi Ermənistan üçün mühüm məsələdir, lakin belə qanunun qəbulu üçün hələlik vaxt yetişməyib
Armenia Servisi/Aran Agentliyi
Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi haqqında qanun layihəsinin müzakirəsi əleyhinə səs verib.
Aprelin 28-də keçirilən parlament iclasında İrs Partiyası tərəfindən verilmiş layihənin əleyhinə 64, leyhinə isə cəmi 15 səs verilib.
Parlamentin spikeri Tiqran Torosyan deyib ki, “Dağlıq Qarabağın müstəqilliyi Ermənistan üçün mühüm məsələdir, lakin belə qanunun qəbulu üçün hələlik vaxt yetişməyib”.
Tiqran Torosyan deyib ki, hər şeyin öz vaxtı var.
Müstəqil millət vəkili Viktor Dəllakyan isə deyib ki, bu məsələnin gündəliyə daxil edilməməsi o deməkdir ki, Ermənistan parlamenti Dağlıq Qarabağın müstəqilliyi əleyhinədir.
Onun sözləri ilə desək, “bu bizim düşmənlərimizin xeyrinədir”.
Ermənistan parlamenti xarici əlaqələr komissiyasının rəhbəri Armen Rustamyan isə bəyan edib ki, xarici siyasət məsələlərində qərarları parlament deyil, prezident verir
  • Yazılıb
  • da (də) 2008 Apr 30