Tarix : 2008 May 07
Kod 4568

DOSTLUQ XİYABANININ AÇILIŞINA ETİRAZLAR SƏNGİMƏK BİLMİR

Az. R İslam partiyası da öz bəyanatında respublika dindarları və müsəlmanlarının üzdən iraq dostluq xiyabanının açılışı ilə müxlif olduğunu bildirib
Azerbaijan Servisi/Aran Agentliyi
  Azərbaycan Respublikasının siyasi , ictimai və dini cəmiyyətləri, partiyaları və insan haqları müdafiə qurumları Bakı şəhərinin Zərifə Əliyeva adlı parkında Sionist Rejimlə dostluq xiyabanının açılışına kəskin etiraz ediblər .  Müxbirimizin məlumatına görə sözü gedən qurumlar cəmiyyətlər və partiyalar rəsmi Bakıdan həmin tədbirlərin ləğv olunmasını tələb ediblər . Bununal bağlı Az. R-nin dini etiqadlar və vücdan azadlığını müdafiə mərkəzi bəyanat yayaraq Sionist Rejim amillərinin Az. R xalqının amalları və onun acılarına etinasızlıq göstərmələrini pisləmişdir .
  Az. R İslam partiyası da öz bəyanatında respublika dindarları və müsəlmanlarının üzdən iraq dostluq xiyabanının açılışı ilə müxlif olduğunu bildirib .
  Qarabağ Azadlıq təşkilatı da, bəyanat yayaraq rəsmi Bakını həmin tədbirə qatılmaqdan çəkinməyə çağıraraq belə bir oyuna qarşı etiraz əlaməti olaraq irqçi və rasist Sionist Rejim əleyhinə geniş aksiya təşkil edəcəyini bildirmişdir .
  Rəsmi Bakının Sionist Rejimlə üzdən iraq dostluq xiyabanının 8 may şuşanın işğal olunmasının ildönümü günündə açılışına təşəbbüs etməsi elə bir şəraitdədir ki , Sionist Rejim İslam dünyasına qarşı ədavətləri mövqelərinin davamında Qarabağ separatçılarına dəstək verməkdən əlavə Az. R-nin ərazi bütövlüyüynə müsbət səs verməkdən bələ çəkinmişdir .
  • Yazılıb
  • da (də) 2008 May 07