Tarix : 2015 Nov 02
Kod 46747

ruhani hacı Abgül Süleymanovun işini aparan müstəntiq həbs edildi

MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb.hacı Abgül Süleymanovun istintaqının rəhbərliyini Vüsal Ələkbərov öz üzərinə götürmüşdü.

Arannews- noyabrın 1-də MTN-nin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbərov saxlanılıb. Məhkəmə hökmü ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 17-də prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifəsən azad edilib. Bundan sonra MTN-nin bir sıra idarə rəisləri, onların müavinləri işdən çıxarılaraq həbs edilib. Məlumatlı mənbənin bildirdiyinə görə, üzümüzə gələn həftə MTN-də daha bir neçə sensasion həbslərin olacağı gözlənilir.  

ruhani hacı Abgül Süleymanovun istintaqının rəhbərliyini Vüsal Ələkbərov öz üzərinə götürmüşdü. O İstintaq İdarəsinin şöbələrindən birinin rəisi, polkovnik-leytenant rütbəsində idi.

  • Yazılıb
  • da (də) 2015 Nov 02
  • Göndərən مدير سايت Aran News