Tarix : 2015 Nov 02
Kod 46753

AMB-nin valyuta ehtiyatları 3,71% azalib

Azərbaycan Mərkəzi Bankınin valyuta ehtiyatları 271,2 mln dollar və ya 3,71% azalaraq 7 mlrd 44,2 mln dollara düşüb.

Arannews- Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmini açıqlayıb .

AMB-n bildirir ki, AMB-nin valyuta ehtiyatları sentyabrda 271,2 mln dollar və ya 3,71% azalaraq 7 mlrd 44,2 mln dollara düşüb .

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln. dollar və ya 53,17% azalma qeydə alınıb.

  • Yazılıb
  • da (də) 2015 Nov 02
  • Göndərən مدير سايت Aran News