Tarix : 2015 Nov 03
Kod 46756

Noyabrın 1-də keçirilən seçkilər Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa yol verilən seçkilərdən biri oldu

REAL Hərəkatı Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan edir və tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün və seçkilərə ədalətli nəzarət sistemini yaratmaq üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin.

Arannews- Respublikaşı Alternativ Hərəkatı 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanat yayıb .

həmin bəyanatı təqdim edirik:

Respublikaşı Alternativ Hərəkatı seçkilərdən öncə 27 oktyabr tarixində ölkəmizdə keçirilən seçki oyununa öz siyasi qiymətini vermiş, indiki şərtlərlə formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməyəcəyini, 1 noyabrda keçiriləcək Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan etmişdi .

Noyabrın 1-də keçirilən seçkilər Azərbaycanın müstəqillik tarixində ən çox saxtakarlığa yol verilən seçkilərdən biri oldu, kütləvi saxtakarlıq hər dairədə, hər məntəqədə hayata keçirildi. REAL Hərəkatının seçkilərlə bağlı bütün dövrlərinə aid hüquq pozuntularını detallı şəkildə özündə əks etdirən hesabatı yaxın günlərdə yayılacaq .

REAL Hərakatı bir daha hakimiyyətə xəbərdarlıq edir ki, seçki institutunun və ədalət hissinin məhv edildiyi cəmiyyətlərdə mütləq sosial və siyasi partlayışlar baş verir, ölkələr xaosa yuvarlanır, vətəndaş qarşıdurmasına zəmin yaranır. Azərbaycan hakimiyyəti son seçkilərdə total saxtakarlıq etməklə vətəndaşlarda seçki institutuna inamı tam məhv etdi, ölkədə seçki yolu ilə demokratik dəyişikliklərin olma ehtimalını sıfırladı. Bu isə dövlətimizin və xalqımızın gələcəyi üçün ciddi təhdid və təhlükə yaradır. Hakimiyyəti bu dalandan geri dönməyə, ölkədə rəqabətli və ədalətlü mühiti, seçki institutunu bərpa etməyə çağırırıq .

REAL Hərəkatı bir daha Milli Məclis seçkilərinin nəticələrini tanımayacağını bəyan edir və tələb edir ki, siyasi məhbuslar tezliklə azad edilsin, ölkədə azad və rəqabətli siyasi mühit yaradılsın, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün və seçkilərə ədalətli nəzarət sistemini yaratmaq üçün qanunvericilikdə dəyişikliklər edilsin, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkiləri keçirilsin.

  • Yazılıb
  • da (də) 2015 Nov 03
  • Göndərən مدير سايت Aran News