Tarix : 2015 Nov 02
Kod 46757

Rusiya Qarabağ münaqişəsinin həllini hamıdan çox istəyir

Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir və Sovet İttifaqında başlayıb, 30 ilə yaxın müddətdir ki, davam edir.

Arannews- Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən digər dövlətdən çox iş görərək, ardıcıl şəkildə müharibənin bərpasını istisna edən siyasi həll yolu uğrunda çıxış edir .

bu barədə Federasiya Şurasının spikeri Valentina Matviyenko İrəvana səfər ərəfəsində erməni xəbər portalı News.am-a bildirib .

Senator qeyd edib ki, Qarabağ münaqişəsi postsovet məkanında ən uzun sürən münaqişələrdən biridir və Sovet İttifaqında başlayıb, 30 ilə yaxın müddətdir ki, davam edir .

 Mənim fikrimcə, onun tərəflərə problemdən başqa heç nə vermədiyi aydındır”, - o vurğulayıb və əlavə edib ki, buna baxmayaraq münaqişənin tənzimlənməsi yollarının axtarışı ləng gedir .

 Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu çətin və möhkəm düyünün açılması üçün Rusiya digər ölkələrdən daha çox şey edir”, - Matviyenko Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin ATƏT və BMT meydanlarında, eləcə də Ermənistan və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyədə ikitərəfli kontaktı sahəsində fəal iştirak etdiyini xatırladıb .

 Bu məsələdə bizim mövqeyimiz ardıcıldır. Rusiya müharibənin yenidən meydana gəlməsini, qan tökülməsini, humanitar faciəni istisna edərək siyasi həllin tərəfdarıdır”, Federasiya Şurasının rəhbəri vurğulayıb .

Onun fikrincə, Ukraynada, Suriyada, bir sıra digər ölkələrdə baş verənlər güc tətbiqinin nəticəsinin nə olduğunu əyani şəkildə göstərir .

Senator Ermənistan və Azərbaycanın parlamentarilərin, biznesmenlərin, elm və mədəniyyət xadimlərinin Qarabağ böhranından çıxış yolunun axtarılmasında fəal iştirakının tərəfdarı olduğunu bildirib .

 “Belə münasibətlər xalqlar arasında etimadın bərpasına vasitəçilik edir, bu isə tapıldığı halda siyasi həllin həyata keçirilməsi üçün mühüm şərtlərdəndir”, - o, sözünü yekunlaşdırıb.

  • Yazılıb
  • da (də) 2015 Nov 02
  • Göndərən مدير سايت Aran News