Tarix : 2015 Nov 03
Kod 46765

Türkiyə prezidentinin iqamətgahının qarşısında atışma olub

Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahına 20 yaşlı bir gənc hücum edib.

Arannews- Türkiyə prezidentinin iqamətgahının qarşısında atışma olub .

Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbuldakı iqamətgahına 20 yaşlı bir gənc hücum edib. O, israrla iqamətgaha daxil olmağa çalışsa da ona polislər mane olublar .

Türkiyə mətbuatının məlumatına əsasən, polislərlə bir müddət mübahisə edən gənc daha sonra asayiş keşikçisinin tapançasını götürərək, polislərdən birinə atəş açıb və onu yaralayıb. Sonra tapançanı başına sıxaraq özünü öldürmək istəyib, lakin ona mane olublar. Nəticədə gənc yaralanıb .

Yaralı oğlanı Maslak Acıbadem Xəstəxanasına aparıblar. Ağır yaralı olan və həyati təhlükədə olan gəncin başından aldığı güllə nəticəsində ağlı tarazlığının yerində olmadığı deyilir .

Hadisə ilə bağlı istintaq aparılır. Həmin şəxsin prezident iqamətgahına gəlməsinin səbəbi araşdırılır .

Prezidentin Huber iqamətgahı İstanbulun Sarıyer rayonunun Tarabya hissəsində yerləşir.

  • Yazılıb
  • da (də) 2015 Nov 03
  • Göndərən مدير سايت Aran News