Tarix : 2015 Nov 05
Kod 46775

Rusiya Prezidenti Azərbaycanla müqaviləni təsdiqlədi

Sənəddə bu müqavilənin qarşılıqlı ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradacağı bildirilib.

Arannews- Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla investisiyaların qarşılıqlı qorunması haqqında müqavilənin ratifikasiya edilməsi barədə federal qanun imzalayıb .

bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib. Sənəddə bu müqavilənin qarşılıqlı ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradacağı bildirilib .

Qeyd edək ki, keçən ilin sentyabrında imzalanmış bu müqavilə oktyabrın sonunda Rusiyanın Federasiya Şurası tərəfindən təsdiqlənib.

  • Yazılıb
  • da (də) 2015 Nov 05
  • Göndərən مدير سايت Aran News