Tarix : 2015 Nov 13
Kod 46833

ATƏT-in Minsk qrupunun həmsədrləri müştərək bəyanat veriblər

Bu bəyanatda bildirilir ki, Minsk qrupu Azərbaycan və Ermənistanın vəkili və yaxud qazisi deyildir.
Arannews- ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həlli barədə danışıqlardan sonra müştərək bəyanat veriblər.
bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerikadan Ceyms Uorlik, Rusiyadan İqor Popov və Fransadan Piyer Andriyu və Almaiya xarici işlər naziri Frank Valter Ştaynmayerin görüşündən sonra Berlində verilib. 
Bu bəyanatda bildirilir: Dağlıq Qaraba münaqişəsinin dinc yolla həlli məsələsinin həssaslığını nəzərə alaraq müzakirələrdə formatın dəyişilməsi üçün səylər inkişafa mane ola bilər. Buna görə də, Minsk qrupu həmsədrlərinin vasitəçiliklə bağlı ötən təcrübələrini nəzərə alaraq bu qrupda yeni üzvlərin əlavə olunması və dəyişiklik təklifi danışıqlar prosesini poza bilər. 
Bəyanatda həmçinin bu münaqişənin uzanması və onun həllinin çətinliyinə toxunulub: Minsk qrupu həmsədrləri öz vəzifələrini yerinə yetirirlər və Qarabağ münaqişəsinin dinc yolla sona çatmasına səy göstərilir. Lakin bu qrup Azərbaycan və Ermənistanın vəkili və yaxud qazisi deyildir. 
Qeyd edək ki, Minsk qrupu həmsədrləri ötən gün Berlində Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerlə görüşərək danışıqlar aparıblar. 
Ermənistan və Azərbaycan Respublikası arasında Dağlıq Qarabağ üzərində münaiqşə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib. 
1994-cü ilin may ayından tərəflər arasında atəşkəs bərqərar olunub. Lakin Rusiya, Fransa və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi hələ də nəticə verməmişdir.


  • Yazılıb
  • da (də) 2015 Nov 13
  • Göndərən مدير سايت Aran News