Tarix : 2015 Nov 16
Kod 46866

Sionist rejim ordusu Qəzzə sahillərinə hücum edib

Sionist rejim ordusu fələstinli balıqçıların bir neçə qayığını Qəzzə sahilində atəşə tutublar.
Arannews- Sionist rejim ordusunun Dəniz Qoşunları bazar ertəsi günü fələstinli balıqçıların bir neçə qayığını Qəzzə sahilində atəşə tutublar. Nəticədə iki fələstinli balıqçı yaralanıb. 
İşğal edilmiş Fələstin ərazilərində də sionist rejim hərbçiləri bu gün səhər 6 fələstinlini Beytül-Müqəddəsdə həbs ediblər. 
Sionist rejim hərbçiləri həmçinin əl-Xəlildə bir xeyriyyə mərkəzinə hücum edərək, bu mərkəzin binasını işğal edib, təftiş aparmağa başlayıblar. 
Bu xeyriyyə mərkəzinin rəyasət heyətinin sədri Fələstin əl-Yəum informasiya agentliyinə bildirib ki, bu mərkəz 4000 fələstinli uşağı himayəyə götürüb və mərkəzin bütün fəaliyyətləri qanun çərçivəsində olub. 
İsrail hərbçiləri ötən günlər ərzində dəfələrlə bu xeyriyyə mərkəzinin əl-Xəlilin müxtəlif məntəqələrindəki ofislərinə basqın ediblər. 
İşğal edilmiş Fələstin əraziləri ötən oktyabr ayının əvvəlindən fələstinlilərin sionist rejiminin əl-Əqsa məscidi və Beytül-Müqəddəsə qarşı təcavüzkarlıq siyasətləri əleyhinə geniş etirazlarının şahididir.

  • Yazılıb
  • da (də) 2015 Nov 16
  • Göndərən مدير سايت Aran News