Tarix : 2015 Nov 17
Kod 46879

Bəşar Cəfəri: "Terorçular bir çox rayonlardan geri çəkilməyə başladılar"

1 Milyondan çox suriyalı terrorçulardan azad olunmuş ərazilərə qayıdıblar
Arannews- Rusiya aviasiyasının Suriyanın Silahlı Qüvvələri ilə birgə keçirdiyi anti-terror əməliyyatları nəticəsində 1 milyondan çox suriyalı terrorçulardan azad olunmuş ərazilərə qayıdıblar.
Suriyanın BMT üzrə daimi nümayəndəsi Bəşar Cəfəri bəyan edib ki, rəsmi Dəməşq terrora qarşı mübarizə aparmaqda ciddi olan dövlətlərlə əməkdaşlıq etməyə hazırdır.
"İran, Rusiya, İraq və Suriyanın əməkdaşlığı praktik nəticələr verdi. Terorçular bir çox rayonlardan geri çəkilməyə başladılar. Bu isə 1 milyon suriyalıya öz evinə qayıtmağa imkan yaratdı. Suriya terrora qarşı mübarizəni bütün dünyanın maraqları çərçivəsində aparır. Suriya ordusu hər dəfə xarici terrorçunu məhv edəndə, onlarla günahsız insanın həyatını xilas etmiş olur. Çünki bu terrorçu öz vətəninə qayıdan zaman böyük təhlükəyə çevrilə bilər", - deyə Bəşar Cəfəri bildirib.


  • Yazılıb
  • da (də) 2015 Nov 17
  • Göndərən مدير سايت Aran News