Tarix : 2015 Nov 18
Kod 46883

Ermənistan Azərbaycan Respublikasina 818 milyard dollar ziyan vurub

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəyə 818 milyard dollar ziyan dəyib.
Arannews- Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu “Silahlı erməni təcavüzü: itki və tələfatlarımız” mövzusunda hesabatın təqdimatını keçirib.
Öncə ermənilərin törədikləri vəhşilikləri, qətliamları və talanları əks etdirən sənədli film nümayiş etdirilib. 

İşçi qrupun sədri Xanhüseyn Kazımlı deyib ki, qrupun apardığı işdə əsas məqsəd torpaqlar işğaldan azad edildikdən sonra işğalçıdan dəymiş ziyanın ödənilməsi, kompensasiya tələb edilməsi, bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasıdır.  
Qeyd edilib ki, qrupun indiyə qədər apardığı hesablama nəticəsində Azərbaycan torpaqlarının işğalı nəticəsində əhaliyə 147,80 milyard, dövlətə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, ümumilikdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəyə 818, 88  milyard dollar ziyan dəyib.
İşçi qrup dəymiş ziyanın hesablanması istiqamətində işi davam etdirir.

  • Yazılıb
  • da (də) 2015 Nov 18
  • Göndərən مدير سايت Aran News