Tarix : 2015 Nov 26
Kod 46995

"Türkiyə İŞİD-in İraq və Suriyada kürdlərə qarşı hücumun iştirakçısı olub"

ABŞ Dövlət Departamentinin keçmiş baş müşaviri Türkiyənin "İŞİD" radikal qruplaşmasının İraq və Suriyada kürdlərə qarşı hücumlarının iştirakçısı olduğunu bildirib.
Arannews- ABŞ Dövlət Departamentinin keçmiş baş müşaviri Kolumbiya universitetindən əməkdaşı Devid Filips jurnalistlərə verdiyi müsahibəsində Türkiyənin "İŞİD" radikal qruplaşmasının İraq və Suriyada kürdlərə qarşı hücumlarının iştirakçısı olduğunu bildirib.
 “Türkiyə İŞİD-in İraq və Suriyada kürdlərə qarşı hücumun iştirakçısı olub. Türkiyənin rolu birmənalı deyildi, görünür ki, İŞİD-i dəstəkləyirdi. Türkiyə pul, silah, nəqliyyat, logistik dəstək, yaralı döyüşçülərə (terrorçulara) tibbi xidmət göstərirdi. Türkiyə Əsəddən (Suriya prezidenti Bəşər Əsəd) qurtulmaq üçün dəstəkləyirdi. Mənə Türkiyənin kütləvi qırğın silahlarının İŞİD-ə verilməsində birbaşa iştirakı məlum deyil. Bu müsahibə bizim Rusiyanın Əsədə dəstəyinin problemin həllinə kömək etmədiyini deməsəkdik obyektiv olmazdı. Türkiyə və Rusiyanın arasında baş verən düyüş atəşi hadisəsi təəccüblü deyil. Çünki onlar əks istiqamətli məqsədlər üçün çalışırlar”



  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News