Tarix : 2015 Nov 26
Kod 46997

Azərbaycanli ruhani, haci Tale Bağırov həbs olundu

Nardaranda "Rəhimə Xanım" ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları, haci Tale Bağırov və bir neçə dindari saxlanılaraq naməlum istiqamətə aparılıb.
AranNews- Nardaran dindarlarından daxil olan məlumata görə, bu gün Nardaranda "Rəhimə Xanım" ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və 13 dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır. İlkin məlumatlara görə, 2 nəfərin dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.
  • Yazılıb
  • da (də) 2015 Nov 26
  • Göndərən مدير سايت Aran News