Tarix : 2015 Nov 29
Kod 47031

Suriya ordusu bir qrup terrorçu dəstə başçısıni məhv edib

Suriya ordusu terrorçuları bir neçə istiqamətdən hədəfə alaraq, onlara ağır zərbələr endirib.
Arannews- Suriya ordusunun şənbə günü həyata keçirdiyi hücumlar zamanı bir qrup terrorçu dəstə başçısı öldürülüb.
Suriya ordusu terrorçuları bir neçə istiqamətdən hədəfə alaraq, onlara ağır zərbələr endirib. Bu məlumata görə, Dəməşqin ətrafında yerləşən Xanül-Şeyx məntəqəsinə edilən raket hücumunda silahlı qruplaşma üzvlərinin avtomobilləri məhv edilib. Avtomobildə olan 6 nəfər də bu hadisədə həlak olub. 
Məlumata görə, terrorçular ölənlərin cənazələrini aparmaq istədikləri zaman Suriya ordusu bir daha onları hədəfə alıb. Bu hadisədə çoxlu sayda ölən və yaralananın olduğu bildirilir. 
Həmçinin, Suriya ordusunun hava hücumları Əhrarül-Şam adlı terror qruplaşmasının qərargahlarından birinin dağıdılması ilə nəticələnib. 
Suriya ordusu Dəməşqin şərqində də Ceyşül İslam adlı terror qruplaşmasının tabeliyində olan 2-ci batalyonun komandanlarından Ratib Xalid əl-Müdəvvəri öldürməyə nail olub. 
Suriya Azad Ordusunun tabeliyində olan Bərzə Şəhidləri Batalyonunun komandanlarından olan Fəhd əl-Məğribi də Dəməşq şəhərinin Bərzə məntəqəsində naməlum silahlıların açdığı atəş nəticəsində aldığı yaraların ağırlığı üzündən ölüb.


  • Yazılıb
  • da (də) 2015 Nov 29
  • Göndərən مدير سايت Aran News