Tarix : 2008 May 17
Kod 4706

GÜRCÜSTAN MDB BİRLİYİ MÜQAVİLƏSİNDƏN XARİC OLUR

Gürcüstan 1999-cu ildə də MDB Birliyinin kollektiv təhlükəsizlik müqaviləsindən xaric olmuşdu
Gorgia Servisi/Aran Agentliyi

Gürcüstan birtərəfli olaraq MDB Birliyinə üzv ölkələrin kollektiv təhlükəsizlik müqaviləsindən xaric olduğunu bildirib.

Media forum İnformasiya Agentliyin Gürcüstan müdafiə nazirinin müavini Bata Koteliyaya istinadla yazıb: Rəsmi Tbilisi bu müqavilənin maliyyə işləri üzrə məsuliyyət daşıyan Belarusun xarici işlər nazirliyinə ünvanladığı siyasi notada, MDB Birliyinə üzv ölkələrin təhlükəsizlik müqaviləsi ilə əməkdaşlığın Gürcüstana indiyədək heç bir xeyri və nəticəsi olmamağına işarə edərək birtərəfli olaraq bu müqavilədən xaric olmasını elan edib.
Gürcüstan 1999-cu ildə də MDB Birliyinin kollektiv təhlükəsizlik müqaviləsindən xaric olmuşdu. Yada salaq ki, Amerikanın dəniz donanmasına aid bir hərbi gəmi çərşənbə günü Batomi Limanında, Gürcüstanın su sahillərinə daxil olub. son bir neçə həftədə Rusiya- Gürcüstan münasibətlərində yaranmış sərinlik artıq Gürcüstanın NATO-ya üzvlüyünü irəli sürməyə çalışmasından və Rusiyanın Abxaziya və Cənubi Ossteiya separatçılrına dəstək verməsindən sonra daha şiddətlənib. ABŞ-da bu məsələdən öz xeyrinə istifadə etməyə cəhd göstərir.
  • Yazılıb
  • da (də) 2008 May 17