Tarix : 2015 Dec 02
Kod 47065

"Globalvision 2000" İnstitutu Həzrət Ayətullahülüzma Xameneinin məktubunu dəstəklədi

Bu məktubda "beynəlxalq terrorizm vasitəsi ilə müsəlmanların qırğın edilməsi" və "Qərb qüdrətlərində İŞİD-in köklü olması" kimi iki önəmli məsələ vurğulanır.
Arannews- İngiltərənin "Globalvision 2000" İnstitutu İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubunu əhəmliyyətli adlandıraraq bildirib ki, terrorizmlə mübarizə üçün regionun islam ölkələri bir-birləri ilə birləşməlidirlər.
"Globalvision 2000" İnstitutu öz bəyanatında Həzrət Ayətullahülüzma Xameneinin terrorizm barəsindəki nigaranlıqlarını müsbət qarşılayaraq əlavə edib: Bu məktubda "beynəlxalq terrorizm vasitəsi ilə müsəlmanların qırğın edilməsi" və "Qərb qüdrətlərində İŞİD-in köklü olması" kimi iki önəmli məsələ vurğulanır. 
Bəyanatda qərbin kapitalizm quruluşunun terrorizm böhranının kəskinləşməsinin əsas amili olduğu bildirilərək Həzrət Ayətullahülüzma Xameneinin məktubunun bəzi hissələrinə toxunulub və əlavə olunub: Bizim əxlaq və ədalətə əsaslanan beynləxalq iqtisadi sistemi qurmağımız önəmlidir. 
İngiltərə İnstitutu əlavə edib: İŞİD və regiondakı terror qruplaşmaları NATO-nun sərmayələridir. Vaşinqton Yaxın Şərq və Orta Asiya ölkələrinə qarşı əvəzedici müharibə üçün İŞİD-i MKİ-nin gizli ordusu adlandırır. 
Bu bəyanatda əlavə olunub: İŞİD qərbin hərbi hücumlarını genişləndirməsi məqsədilə indiyə qədər Amerikanın Suriya və İraqda geo-siyasi məqsədləri üçün faydalı vasitə olmuşdur. Buna görə, əgər dünya İŞİD-in genişlənməsi, onun təsirləri, o cümlədən miqrant böhranını aradan qaldırmaq istəyirsə qərbin regiondakı hərəkətlərinin qarşısını almalıdır.

  • Yazılıb
  • da (də) 2015 Dec 02
  • Göndərən مدير سايت Aran News