Tarix : 2015 Dec 05
Kod 47091

Ayətullah Amili: "Biz Azərbaycan Respublikasının izzəti və zillətini öz izzətimiz və zillətimiz hesab edirik"

Ərdəbilin imam cüməsi: "Biz Azərbaycan Respublikasını sevirik, Azərbaycanın izzəti və zillətini öz izzətimiz və zillətimiz hesab edirik".
Arannews- Ərdəbilin imam cüməsi və Ərdəbil vilayəti üzrə Vəli Fəqihin nümayəndəsi bu gün cümə namazı xütbələrində Nardaranda baş vermiş son hadisələrə işarə edərək, 7 nəfərin ölməsi və bir qrup insanın həbs edilməsi ilə nəticələnən bu hadisəyə görə nigaranlıq edib. 
Ayətullah Amili coğrafi sərhədlərə sığmayan "bəyənilmiş işlərə dəvət və xoşagəlməz hərəkətlərdən çəkindirmək" prinsipi əsasında tamamilə xeyrxahlıq məqsədi daşıyan bir tonda Azərbaycan rəsmilərinə müraciət edib. 
Ərdəbilin imam cüməsi birbaşa olaraq saxlanılan gənclər və alimlərə qarşı irəli sürülən ittihamlara diqqət çəkərək, bu ittihamları əsassız hesab edib. 
Amili həmçinin, İranın bu kimi məsələlərə müdaxilə etməsi ilə bağlı iddiaları rədd edərək, deyib: Azərbaycan xalqı bilməlidir ki, heç bir ölkə İran qədər Azərbaycanın izzəti, müstəqilliyi və inkişafını istəmir və əgər, bir zaman Azərbaycana qarşı hansısa hücum baş vermiş olarsa, İran bəsiciləri və könüllü qüvvələri onu qoruyacaqlar. Necə ki, ermənilərin hücumları zamanı Muğan Düzünün bəsici övladları ermənilərin önünü kəsdi və onları hazırkı nöqtədə durmağa məcbur etdi. Əks halda Azərbaycanın 20%-i deyil, daha böyük əraziləri ermənilər tərəfindən işğal edilərdi. 
Ərdəbilin imam cüməsi əlavə edib: Nardaran hadisəsindən sonra baş qaldıran geniş həbs dalğasından aydın olur ki, hadisə zamanı həyatını itirən 2 polis, inanclı insanlara qarşı repressiya dalğasının gücləndirilməsi üçün düşünülmüş formada qətlə yetirilib. Hadisə yerində olan gilizlərdən də aydın olur ki, bu iki polis əməkdaşının ölümünə səbəb olan güllələr elə Azərbaycanın polis təşkilatına aid silahlardan atılıb. 
Ərdəbilin imam cüməsi daha sonra deyib: Saxlanılan şəxslərin hamısı dinc təbliğatlar və siyasi fəaliyyət ilə məşğul olan insanlardırlar. Dini tolerantlıqda dünyada öncül olduğunu elan edən Azərbaycan bütün düşüncələr qarşısında dözümlü olmalı və onlara azad fəaliyyət fürsəti tanımalıdır. 
Ayətullah Amili bu hadisələrin əsas səbəbini bu ilki Məhərrəm mərasimlərinin əzəmətli formada keçirilməsi adlandırıb və deyib: Azərbaycan hökuməti İmam Hüseyn(ə)-a həsr olunmuş mərasimlərdən düzgün formada faydalanmaq əvəzinə, ona qarşı çıxır. 
Vəli Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi sonda deyib: Biz Azərbaycanı sevirik və onun izzətini və zillətini öz izzətimiz və zillətimiz hesab edirik və dediklərimizin hamısı da sırf xeyrxahlıq üzündən olub.

  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News