Tarix : 2015 Dec 05
Kod 47098

Pantürkizim sayağı tarix düzəltmək-Azərbaycan Respublikasının tarix dərslik kitabına ötəri baxış

pantürkçü yazıçıların dastanlarının əksinə olaraq...
Arannews- Pantürkizim sayağı tarix düzəltmək-Azərbaycan Respublikasının tarix dərslik kitabına ötəri baxış:
Bir neçə həftə öncə azərbaycanlı dostlarımdan biri universitet layihəsi ilə bağlı Bakıda səfərdə olmuşdu. Səfərdən qayıtdıqda özü ilə mənim üçün çoxlu kitab, dövlət və universitet arxivində saxlanan bir sıra sənədlərin yazı köçürməsini gətirmişdi. O, bunların bir neçə ay məni məşğul edəcəyini bilirdi. Onun bu gözəl sovqatları arasında orta və ali məktəblər üçün yazılmış bir neçə dərslik kitabı da var idi. Xüsusilə də təqribən 11 il bundan öncə mərhum Ziya Bünyadovun nəzarəti ilə bir qrup universitet alimi tərəfindən çap edilmiş və sonralar dəfələrlə çapdan çıxmış "Azərbaycan tarixi" kitabının yeni nüsxəsi məni bu məqaləni yazmağa təhrik etdi. Mən bu tarix düzəltmənin qəhrəmanlığı barədə qabaqlar İranda çap olunan jurnalların birində oxumuşdum. Kitabın yeni çap olunmuş nüsxəsi əlimə düşdükdə fikirləşdim ki, ona "tarixlə sövdələşmə" adını qoymaq daha yaxşı olardı. Kitab rəflərini dolduracaq belə tarixlə sövdələşmədən keçək. 
Sözü gedən kitabda aşkar uydurmalar, nasaza sözlər, bəzən də tanınmış tədqiqatçıları yalançı adlandırmaq, gülünc qeydlər də tapılır. O cümlədən oxucuya deyilir ki, Bakının neft sənəti 1200 il bundan qabaq o qədər inkişaf etmiş olub ki, türk və Aran şahları onun gəlirindən Abbasi xəlifələrinə vergi, yaxud maliyyat verirdilər. Hələ bir tarixi yazıda qeyd olunan dövrdə türk və Aran soylu şahların ad və nişanını tapmağın mümkün olmamasından göz yumaq. Başqa bir hissədə ilk insanların meydana gəlməsini mövzusuna toxunur və bütün alimlərin ilk insanların yaşayış məskənlərinin Afrika olduğunu bildirdiyi halda, kitab bunu dəyişmiş və Azərbaycan Respublikasını ilk insanların tapıldığı yerlər sırasına salmışdır. Bu mövzu barədə aşağıda söz açılacaq.
Bu dərslik kitabının müəllifi bəzən tarixə azca vafadarlıq göstərərək, Azərbaycan Respublikasının hazırkı ərazisinin İslamdan öncə Albani adlanmasını və İslamın gəlişindən sonra Aran və Ərran adlanmasını qəbul edir, baxmayaraq ki, bu doğruluq pərakəndə və azdır. Kitabın bir çox hissəsində başqa yerlərdə Albaniya və Ərran adlanan bütün əraziləri həmişə Həmədan, Qəzvin, Gilanın bir hissəsi, Mazandaran, Kürdüstanla birlikdə Azərbaycan ərazisi adlandırır. Guya, adı bilinməz ərəb qaynaqlarına əsasən, bir soydan və türk dilli əhalisi olan bir ölkə mövcud olmuşdur. Müəllif artırır ki, səlcuqilərin hücum xarakterli köçləri, monqol və tatarların qanlı yürüşləri, bu türk ölkəsində türklərin sayını artırmışdır. Sonra da xristianların bəzi azəri soylu türk əhalisini erməni və gürcüləşdirməsi, Böyük Azərbaycanın "soy və dil birliyinə" ziyan vurması, nəhayət,  "iranlı farsların" Türkmənçay müqaviləsinə razı olmaları ilə onun (Böyük Azərbaycanın) şimal və cənub hissələrinə bölünməsini qəbul etmələrinə heyfislənir. 
Hər halda bu "tarix" yaradanların nəzərincə Albaniya, Ərran, Azərbaycan və onun ətrafında olan ərazilərin çoxu qədim zamandan türk tayfalarının yaşadığı bir "ölkə" olmuşdur və bəzən iranlılar bu ölkəyə hücum edirmişlər. Kitabda yer almış xəritələrdən də görünür ki, bu "elmi tədqiqatçılar" və "universitet alimləri" Azərbaycan üçün sərhədləri bir tərəfdən Tehran yaxılıqlarına çatan, bir tərəfi də Sənəndəc və Mehabada yetişən tarixi bir ölkə yaratmaq üçün can yandırırlar, cavanları Azərbaycanın "tarixi əzəmətini" qaytarmağa səsləyirlər.
Bu kitabda "Tarixi Beyhəqi", "Tarixi Cahanqoşa", "Came əl-təvarix", "Həbib əl-seyr", "Rovzə əl-səfa","Əhsən əl-təvarix" və onlarla belə fars dilində yazılmış dəyərli qədim qaynaqlardan istifadə edilməyib. Qeyd edək ki, onlarıdan çoxu iranlı azəri soylu tarixçilər tərəfindən qələmə alınmışdır. 
Kitabın müəllifləri öz fikirlərinin təsdiqi üçün adsız ərəb qaynaqlarından istifadə etmiş və onun ərəb qaynaqları adlandıraraq, kitabın adını qələmə almamışlar. Çünki İbn Əsirin "Əlkamil fit-tarix", Məsudinin "Muruc əl-zəhəb", Bəlazərinin "Futuh əl-buldan", Yaqut Həməvinin "Mocəm əl-buldan", İstəxrinin "Əl-əqalim", "Məsalik", "Məmallik", İbn Huqəlin "Surət əl-ərz" və onlarla belə tarixi və coğrafi kitablarda həmin dövrlərdə Azərbaycan əhalisinin türk dilli olması barədə heç bir məlumat tapmaq mümkün deyil. Əgər qədim ərəb qaynaqlarında Azərbaycan əhalisinin danışıq dilinə toxunulubsa da, onların farsca, yaxud "fəhləvi" (pəhləvi) dilində danışdıqlarını yazıblar.
Dördünüc əsrdə yaşamış Məqdəsi "Əhsənul-təqasim fi mərifətil-əqalim" kitabında yazır ki, Azərbaycan əhalisinin dili Xorasan əhalisinin dilinə yaxındır. Belə tarix münsifliyini İqrar Əliyev kimi türksoylu tədqiqatçılar da qəbul etmiş və açıqlamışdır.
Bu "tarix" kitabını toplayan "alimlərin" qəribə münsifliyindən biri də miladdan qabaq 8-ci əsrin ikinci yarısından Sasanilər dövründə türk tayfalarının Dərbənd yolu ilə Ərran (Arran) və Azərbaycana geniş miqrasiyasıdır. Bu saxta tarixdə kiçik bir irad odur ki, Sasanilər hökuməti miladdan sonra 224-cü ildə başlamışdır və miladdan qabaq 8-ci əsrin ortalarında hələ Madayların hökuməti də başlanmamışdı, onda qalıb Əhəmənilər (Haxamanişilər) İmperiyası başlamış ola. Selevkilər, Parfiya, sonra Sasanilər. Üstəlik, 2900 il bundan öncə türk el və qəbilələrinin Dərbənd yolu ilə bütün Qafqaz və Azərbaycana köçmələri barədə hansı tarixi sənədlər mövcuddur ki, Azərbaycan Respublikasının alimləri onlara əsaslanaraq, ziyanı Sovet hökumətinin tarix yazmasından az olmayan belə aşkar tarix uydurmalarını ölkələrinin gəncələrinin ixtiyarında qoyurlar. Nə üçün "bir qrup universitet alimi"nın topladığı bu dərslik kitabıda qaynaq və mənbə olan bir kitab, ya sənədə rast gəlmək mümkün deyil? Onda  oxucular da başa düşərlər ki, yazıçıların bu əsassız və soyuq sözləri hansı tarix  düzəldən mağazadan satın alınıb.
Tarixi həqiqətlər yuxarıda adlarını sadaladığım və ən azı 16 nüsxə fars və ərəb dillərində yazılmış qədim kitablarda, həmçinin Bartold kimi tanınmış türkşünasın təhqiqatlarında, dünyanın Yaxın Şərq üzrə 12 nəfər tanınmış mütəxəssislərinin İran tarixi təhqiqatlarında, Kambricin İran tarixi və onlarla rus və türk tarixçilərinin təhqiqatları belədir: Türk tayfalarının Qafqaz və Ərrana hücum xarakterli köçləri Dərbənd keçidindən və Böyük Xorasanın şimalından baş tutmuşdur və bu miqrasiya 575-91-ci miladi illərində neçə türk soylu tayfalarının 20 il Sasanilər dövləti ilə ölkənin iki istiqamətində müharibələri ilə nəticələnmişdir. Türk hücumçu tayfalarının Dərbənddən keçmək üçün cəhdləri boşa çıxdı və Sasanilərlə müharibədə qələbə çaldılar. Xorasanda hücumçular Gorgan divarı (İsgəndər, ya Qızılalan səddi) ilə üzləşdilər. Yalnız ərəb müsəlmanlarının vasitəsilə Sasanilər dövləti süqut etdikdən sonra türkmən adlanan müsəlman olmuş türk tayfaları Böyük Xorasan ərazilərinə köçə bildilər. Türk qəbilələrinin geniş şəkildə Qafqaza girişi üçün yürüşünü Harun ər-Rəşidin sərkərdələri dağıtdılar. Baxmayaraq ki, oğuz türkləri həmin əsrlərdə Qafqazın bəzi hissələrində məskunlaşa bildilər.
Doğrusu budur ki, pantürkçü yazıçıların dastanlarının əksinə olaraq Səlcuqilərin İran yaylasına hücum xarakterli köçləriə qədər türk soylu, yaxud türk dilli qəbilə və ellərin Azərbayacan, Abxaziya, Albaniya və Arranda heç bir əsər-əlaməti görünmür.
Sözü gedən tarixnamənin digər bir hissəsində Toğrul Səlcuqinin Azərbaycana gəlməsindən qabaq o diyarın şahlarının hamısının türk soylu olmasını təsdiqləmək üçün "təhqiqatçılar" yazır ki, qədim dövrlərdən Azərbaycanın böyük bir hissəsində şahalıq edən Rəvvadilər sülaləsinin şahı Vəhsudan, Ərran və Ermənistanın böyük bir hissəsinə hökmdarlıq edən Şəddadilər sülaləsinin hökmdarı, dözüm göstərərək, səlcuqi hakimiyyətini tanıdılar, soltana qiymətli hədiyyələr verdilər və ona bac verməyə razı oldular. Çünki, onlarla bir soydan idilər, eyni dildə danışırdılar və onlarla qohumluq hiss edirdilər!
Xoş bizim halımıza, yaşasın Əhməd Kəsrəvi! "Şəhriyarani qomnam" kitabını yazdı ki, bu tarixi müəllifləri kimilər öz nöqsanlarını təhqiq adı ilə insanlara sırıya bilməsinlər. 
Belə sual ortaya çıxır ki, əgər Rəvvadilər və Şəddadilər hökmdarları və onların Toğrul Səlcuqinin hakimiyyətini tanıması, onun qılıncının və qoşunun gücünün qorxusundan deyil, türk soylu olduqlarına (bilirik ki, türk soylu deyildilər) görə idisə, bəs onda nə üçün Qaraxanlılar dövləti və Bəktuzənin nəvələri və oğuz soylu Alptəkin Qəznəvi, dostluq və qardaşlıq üzündən Toğrul bəylə tabe olmadılar və onunla müharibəyə qalxdılar, şahlıq tacını öz başları ilə birlikdə itirdilər? Onların Səlcuqilər ilə soy qohumluqları, nə soyda və nə dildə türklərə yaxın olmayan Rəvvadilər və Şəddadilərdən daha möhkəm olmamışdırmı?
Toğrul Səlcuqi Azərbaycana hücum edəndə Rəvvadilərin Azərbaycanın bir hissəsinə hökmdarlıq etməsindən neçə yüzillik ötürdü. Toğrul bəy Təbrizə yürüş edəndə bu sülalənin Vəhsudan adlı hökmdarı Təbriz, Azərbaycan və Ərranın bir hissəsinə şahlıq edirdi. Toğrul bəyin şahlığını qəbul edən və onun adına xütbə oxudan Vəhsudanın taleyi barədə əldə elə də məlumat yoxdur. Bilirik ki, Toğrul Səlcuqi, onun üç oğlunun: Əbu Nəsr Məmalan (atasınn Toğrulun fərmanı ilə taxta çıxdı), Əbu Hica Mənuçöhr və Əbul Qasim Abdullahın Azərbaycanın ərazilərinə hakimliyini qəbul etmişdi.  
Rəvvadilər sülaləsininin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Bu nəslin banisi ər-Rəvvad əl-Əzdi idi və Mənsur Abbasi dövründə Təbrizə vali təyin edilmişdi. Bu ərəb soylu sülalənin Azərbaycanda fars dilinə bağlılığı o həddə idi ki, Qətran Təbrizi Vəhsudanın sarayının şairi oldu və ondan sonra onun üç oğlunun mədhində farsca şerlər deyib. Qətrani bir neçə il də Səlcuqi əmirlərindən olan və Bəlxin hökmdarı Əmir Əhməd ibn Qumacın sarayında şair olmuşdur. Qusnaməni (ya Quşnamə) də onun adına farsca yazmışdır. 
Şəddadilər də Rəvvadilərin Gəncə və Ərranın bir hissəsinə təyin etdiyi sərkərdə əsas soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddadın rəhbərliyi ilə yarandı. Ərəb soylu Rəvvadilərin, kürd soylu Şəddadilərin türk olmalarını və özlərini Toğrul ilə eyni dildən və eyni soydan bilmələri, bizim Bakı alimlərimizin kəşflərindəndir!
Bu tarix saxtakarlığında çoxlu hədiyyələrlə Toğrulun yanına gedən və onun hökumətini qəbul edən Şəddadilər hökmdarının adı "Şavur ibn Fəzlun ibn Məhəmməd"dən "Şahverdi" adına dəyişdirilmişdir ki, bu sülalənin türksoylu olması daha çox qəbul ediləsi olsun. Bunu da artırmaq lazımdır ki, "təhqiqatçılar" Səlcuqilər və "Şahverdi"nin canişinləri arasında Gəncə uğrunda qanlı döyüşlərə və onların bu şəhər üzərində qələbəsinə toxunmayıblar ki, onların səlcuqi türkləri ilə eyni soylu və eyni dilli olması barədə uydurmalarına zərər gəlməsin. Həmçinin buna da toxunmaq istəməyiblər ki, Şəddadilərin Gəncə üzərində qələbəsi zamanı onların ən yaxın müttəfiqləri erməni bəyləri və Gəncə hökmdarları, Qafqazın erməniləri olub.
Əgər bu münsiflik doğru, tarix və təhqiq əsasında olarsa, belə çıxır ki, Azərbaycanın sakinləri Adəm və Həvva zamanından türk dilli olub və çox güman ki, Habil və Qabil də türkcə  danışırmışlar. Bunu qəbul etmək məni bir çətinliklə qarşılaşdırmır. Lakin, belə bir nəticə nə türk dilliləri gücləndirir, nə də fars dilliləri zəifləndirmir. Amma tarix təhqiqatçıları, xüsusilə də dərsllik kitabı yazanlar, şagirdlərin ixtiyarında düzgün tarix qoymalıdırlar. Nə olardı ki, belə deyərdilər: keçmişdə tarixdə nələr baş verməsindən ötsək, indi Azərbaycan və Arranın əhalisinin dili, türk dili qollarındandır.
Belə bir sual yaranır ki, əgər Adəmin zamanından Azərbaycan və Ərranın sakinləri hamısı türk dilli olublarsa və onların çoxu 3 min il bundan öncə bu ərazilərə köçüblərsə,  bəs nə üçün Teymurilər dövrünün sonuna qədər Azərbaycan, Ərran və Abxaz ərazilərindən bir nəfər də olsun adlı-sanlı şair çıxmamışdır? Nə üçün 3-cü əsrdən 7-ci əsrə kimi Azərbaycan, Ərran və onun ətrafında Nizami Gəncəvi, Qətran Təbrizi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Qasim Ənvar Təbziri və onlarla tanınmış şair, ya az tanınmış şairlər hamısı öz əsərlərini farsca yazıblar? İlk dəfə türkcə yazan tanınmış iranlı şair Şeyx İzzəddin Həsən oğlu Əsfərayini olmuşdur. O, Elxanilər dövründə Azərbayacan və Ərranda deyil, Xorasanda yaşayırdı. Teymurilər dövrünün şairi Əmir Əlişir Nəvai azərbaycanca deyil, çağatay türkcəsi ilə yazılmış əsrələr qalmışdır və o özü də Azərbaycan sakini deyil, Xorasanda dünyaya gəlmişdir.
Hazırda türk dilli əhali arasıdna xüsusi yer tutmuş şair, incəsənət xadimi və İran musiqisinə yenilik gətirmiş Əbdülqadir Qeybi Marağayi, Teymurilər dövründə Marağada dünyaya gəlmişdir və ömrünün son illərini Heratda Şahrux Teymurinin sarayında keçirib. Onun ən yaxşı əsərlərindən biri "Came əl-əlhan"da ilk dəfə olaraq, fars musiqisinin geniş not yazısı verməsidir və bu əsərdə İran musiqisində ərəb terminlərini fars terminləri ilə əvəzləmişdir. Mən, ondan türkcə əsər irs qalması barədə bir yerdə rastlaşmamışam.
Bakının tarix yaradanları da yaxşı bilirlər ki, Azərbaycan və Ərranda türk soylu Səlcuqilər və Atabkan Eldəgəzlər sülaləsinin hökumətinin ən yüksək çağlarında belə türkcə yazılmış şer və ya hansısa bir əbəbiyyat əsəri yoxdur. Ola bilsin haradasa oxuyasınız ki, Xaqaninin şerləri, istər Əbul Müzəffər Əxistan Şirvaninin xidmətində olduğu və onu "Sasanilərin cigər parası" adlandırdığı, istərsə də xamanı kağız üzərinə tökərək Atabək Qızıl Ərsəlanı mədh edib, onu "İran və Turanın tacdarı" adlandırdığı vaxt, hamısı fars dilində olmuşdur. 
Bakı alimləri Azərbaycanın tarixində bu beş yüz illik tarixindən (Babək Xürrəminin yürüşündən Teymurilər dövrünün ortalarına kimi) ötürlər və Çingiz və Teymurun dövrlərində türk mədəniyyətinin genişlənməsindən şövqlə yazırlar. Öz dediklərini sübut etmək üçün əsərləri sıralayırlar: 
"Qəvaməddin Zülfiqar Şirvaninin şerləri. Ömrünün çox hissəsini Xorasanda Sültan Məhəmməd Xarəzmşahın xidmətində keçirib. Sonra isə Loristanda Yusif şah Atəbəyin xidmətində olub. Ondan türkcə heç bir şer qalmamışdır. 
Əvhəddin Marağayinin Dəhnaməsi. Ədəbiyyat məktəbinin birinci ilinin şagirdi də bilir ki, bu kitab həmin "Məntiqul-uşşaq"dır və başdan-başa farsca yazılmışdır. 
Həmdullah Mustəvfinin "Nuzhətul-qulub" əsəri. Kitabın seçilmiş tarix və zəfərnamələri hamısı farscadır. Seçilmiş tarixə şərhi də onun oğlu Zeynəddin tərəfindən farsca yazılmışdır. Əsərlərini farsca yazan ata və oğul Elxanilər dövrünün tarixinə toxunmurlar. Təkcə Zeynəddin Mustəvfinin "ağa oğlu" (ağa Həmdullahın oğlu) sözündən onun şagirdləri belə güman edir ki, sözsüz, "ağa oğlu" da Monqol və Teymurilər dövrünün tanınmış türk ədəbiyyatçılarındır". 
Amma bu "alimlər"in Azərbaycanın türkcə yazan şair və yazıçı axtarışında qəhrəmanlıqları Şeyx İzzəddin Həsən oğlunun türkcə şerinə işarə eləməlidir. Halbuki, şair monqol hökmdarlarının zamanında Xorasanın Əsfəran məntəqəsində dünyaya göz açmış, orada yaşamışdır və orada da dünyasını dəyişmişdir. Azərbaycana ayaq basması barədə də heç bir sübut yoxdur. 
Bunlar Bakının pantürkçü tarix təhqiqatçılarının anbar-anbar uydurmalarından bir ovuc nümunədir.
Azərbaycanın pantürkçü "tarix" yazanlarının digər kəşflərindən biri də budur ki, qeyri-düzgün olaraq Azərbaycan adlandırdıqları Arran ya Ərran guya ilk sivilizasiya beşiyi və mədəniyyət məskəni olmuşdur. Bununla da kifayətlənməyərək, yazırlar ki, Afrikada ilk iki ayaqlı meymunlar meydana gəlməzdən 4 milyon il öncə Azərbaycanın bəzi ərazilərində "meymuna oxşar insanlar" yaşamış və mədəniyyətin əsasını qoymular!
Bütün tanınmış antropoloqlar bugünkü insanın tarixini təqribən 200 min il olduğunu qeyd edirlər. Əlavə edirlər ki, bizimlə qohumluğu olan 8 qrup iki ayaqlı canlı 6 milyon il öncədən bu tərəfə yaşamışdır. Biz, erkən insanlar həmin qohum qruplarımızdan qalanlarıq. Hazırda insan köklərini araşdıran alimlər arasında bizim uzaq və yaxın qohumlarımızın 8 milyon il bundan öncə Mərkəzi Afrikada yaşamaları barədə heç bir fikir ixtilafı yoxdur. Antropoloqlar bunu da qəbul ediblər ki, erektus (düz qamətli insanlar) 8-2 milyin il bundan öncə Afrikadan digər ərazilərə köçüblər. Bu yazdıqlarım, mənim deyil, yüz ildən yuxarı elmi tədqiqlərin nəticəsi olaraq qəbul edilən həqiqətlərdir. 
Amma çoxu Sovet İttifaqının tarix düzəltmə mədəniyyətinin təqaüdə çıxmış Azərbaycanın pantürkçü "alimləri" öz "mədəniyyətlərini" üstün göstərmək üçün bu qəbul edilmiş təhqiqatları kənara qoymuşlar və yazırlar ki, meymuna oxşar insanlar 12 milyon il öncə, yəni ilk meymuna oxşar insanların əcdadlarının Afrikada meydana gəlməsindən 4 milyon il qabaq Qarabağda yaşayırdılar. Onlar 1,5 milyon il bundan öncə ilk "Quruçay mədəniyyəti"ni başlamışlar və sonra 1,200 min il bundan öncə yaxşı ab-havası olan ərazilərdə daha inkişaf etmiş mədəniyyətin əsasını qoymuşlar. 
Özlərində nöqsan, yaxud həqarət kini görən bu tarix düzəldənlərin fikrincə, ocaq da onların türk əcdadları tərəfindən 700 min il bundan öncənin "mədəniyyət"ində yaranmışdır.
Həqiqət budur ki, ən azı 3 min il bundan öncə İran, qədim mədəniyyətin beşiyi, hər hansı tayfa və soydan, dil və dindən asılı olmayaraq istər-istəməz bu əraziyə gəlmiş bütün elləri qəbul edən və onları inkişaf etdirən bir ərazi olmuşdur.
Min il boyunca türk, monqol, tatar hökmdarlarının qılınc gücünə fars dilini İrana yayması barədə əldə heç bir sənəd-sübut yoxdur. Fars dili divan, şer, ədəbiyyat dili olmuş, nəhayət, İranın milli dili olaraq, bu qədim yurdun bir hissəsinin xalqının dili olmuşdur. Onunla yanaşı türk, azəri kimi iranlı və qeyri-iranlı dillər də bu ərazilərin sakinləri arasında öz yerini tutmuş və qorumuşdur, bu ərazinin bir-birinə qarışmış mədəniyyətinin bir hissəsidir. 

Məhəmməd Əmini


  • Yazılıb
  • da (də) 2015 Dec 05
  • Göndərən مدير سايت Aran News