Tarix : 2008 May 17
Kod 4712

BAKIDA İSRAİL ƏLEYHİNƏ ETİRAZ AKSİYASI KEÇİRİLİB

Etiraz aksiyasının iştirakçıları «Allahu Əkbər!», «Rədd olsun İsrail!», «Rədd olsun Amerika!» şüarları səsləndiriblər
Azerbaijan Servisi/Aran Agentliyi
Bakının 30 kilometrliyində yerləşən Nardaran qəsəbəsində cümə günü, mayın 18-də İsrail- Azərbaycan Dostluq Parkının açılmasına etiraz aksiyası keçirilib.

Etiraz aksiyasının iştirakçıları «Allahu Əkbər!», «Rədd olsun İsrail!», «Rədd olsun Amerika!» şüarları səsləndiriblər. Mitinqdə çıxış edən Hacı Əli Hüseynov parkın açılmasını qəti pisləyib və may ayının 18-nin Laçının işğalı günü olduğunu xatırladıb.

Aksiyanın sonunda mitinq iştirakçıları İsrail və Amerikanın bayraqlarını yandırıblar.

  • Yazılıb
  • da (də) 2008 May 17