Tarix : 2015 Dec 14
Kod 47209

İran İrəvanın tarixi məscidi olan Göy məscidin idarəsini öz öhdəsinə götürdü

Hasmik Buğusyan: "İran İslam Respublikası bu məscidin binasından Mədəniyyət Mərkəzi kimi istifadə edəcəkdir."
Arannews- İran İslam Respublikası İrəvanın tarixi məscidi olan və Qacarlar sülaləsi dövründə tikilmiş Göy məscidin idarəsini 99 il müddətində öz öhdəsinə götürdü. 
Bu barədə yaxın zamanlarda Ermənistan Mədəniyyət Nazirliyi və İran İslam Respublikasının İrəvandakı Mədəniyyət İdarəsində razılıq imza olunacaqdır.  
Ermənistanın mədəniyyət naziri Hasmik Buğusyanın dediyinə görə, İran İslam Respublikası bu məscidin binasından Mədəniyyət Mərkəzi kimi istifadə edəcəkdir.
Göy məscidin və ətraf sahələrin malikiyyəti Ermənistan dövlətinin ixtiyarında olacaqdır. Bu məscid Ermənistanın tarixi və mədəniyyət əsərləri siyahısına daxildir.
Məhəmməd Həsən Talibyan – İİR-nın Mədəni İrs Nazirliyinin müavini, bu yaxınlarda demişdi ki, İran memarları və tikinti mütəxəssisləri İrəvanın tarixi Göy məscidini təmir etmək üçün Ermənistana ezam olunacaqlar.

  • Yazılıb
  • da (də) 2015 Dec 14
  • Göndərən مدير سايت Aran News