Tarix : 2015 Dec 16
Kod 47241

Azərbaycan BMT-nin "İnsan inkişafı indeksi" reytinqində 78-ci yeri tutub

Azərbaycan Respublikasinin Qonşu ölkələri arasında ən yüksək nəticə Rusiyaya məxsusdur (50-ci yer), ardınca İran (68), Türkiyə (72), Gürcüstan (76) və Ermənistan (85) qərarlaşıb.
Arannews- Azərbaycan BMT-nin 2015-ci il üzrə "İnsan inkişafı indeksi" reytinqində 188 ölkə arasında 78-ci yeri tutub.
bu barədə qurumun "Human Development Reports 2015" adlı hesabatında bildirilir.
Hesabatda Azərbaycanın indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək inkişaf səviyyəsinə uyğundur.
İnsan inkişafı indeksi həyat səviyyəsi, savadlılıq, təhsillilik və ömür davamlılığı səviyyəsinin insan potensialının əsas meyarları kimi müqayisəsi məqsədi ilə hər ilə əsasən hesablanır.
Reytinqdə ilk pilləni Norveç (0,944), ikinci yeri Avstraliya (0,935) və üçüncü yeri İsveçrə (0,93) tutur. Bu ilin reytinqində son üç yeri 0,391 indeksi ilə (186-cı yer) Eritreya, 0,35 indeksi ilə (187-ci yer) Mərkəzi Afrika Respublikası və 0,348 indeksi ilə (188-ci yer) Niger tutur.
Azərbaycan  Respublikasinin Qonşu ölkələri arasında ən yüksək nəticə Rusiyaya məxsusdur (50-ci yer), ardınca İran (68), Türkiyə (72), Gürcüstan (76) və Ermənistan (85) qərarlaşıb.


  • Yazılıb
  • da (də) 2015 Dec 16
  • Göndərən مدير سايت Aran News