Tarix : 2008 May 18
Kod 4731

Qiymatlər Azərbaycanda 10,9 Faizi artib

Apreldə ərzaq mallarından ən çox bahalaşanı çörək və un məmulatlarıdır
Azerbaijan Servisi/Aran Agentliyi
Ötən ay Azərbaycanda qiymətlər 3,1 faiz, ilin əvvəlindən isə 10,9 faiz artıb. Statistika Komitəsindən verilən məlumata görə, apreldə ərzaq malları 4,5 faiz bahalaşıb. Ötən ay tərəvəz 0,5, meyvələr 2 faiz bahalaşıb. Bununla yanaşı, ət məhsullarında qiymət artımı 9,4, süd məhsullarınada isə 1,8 faiz olub.
Apreldə ərzaq mallarından ən çox bahalaşanı çörək və un məmulatlarıdır- çörək 9,5 faiz artıb.. Statistika komitəsinin hesablamalarına görə, qeyri-ərzaq malları apreldə 1,7 faiz bahalaşıb. Ötən ay bahalaşma geyimdə 0,9, tikinti materiallarında 3,6, mebeldə 1,9 qiymətli əşyalarda 1,3 faiz olub. Tikinti bazarında araşdırma aparan ictimai təşkilatların hesablamalarına görə, ötən ay sement 20, mişar daşı və kərpic isə 12 faizə yaxın bahalaşıb. Xidmətlərin qiyməti isə bir ayda cəmi 1 faiz artıb.

Ay ərzində ən çox bahalaşan otel xidmətləri olub- otel xidmətləri 5 faiz artıb. Beləliklə, son bir ildə Azərbaycanda inflyasiya 17,8 faiz olub. Ötən illə müqayisədə ərzaq malları 23,7, qeyri-ərzaq malları 9,8, xidmətlər isə 11,2 faiz bahalaşıb. Ölkədə altenativ inflyasiyanı araşdıran İqtisadi Tədqiqatlar Mərkəzi isə il ərzində qiymətlərin 26 faizdən də çox artdığını bildirir. Mərkəzin proqnozlarına görə, bu il ölkədə inflyasiya 25 faiz ətrafında olacaq.

Xatırladaq ki, hökumət bu il qiymət artımını 12-14 faiz proqnozlaşdırır. Beynəlxalq maliyyə qurumları isə 20 faiz proqnozlaşdırıblar.
  • Yazılıb
  • da (də) 2008 May 18