Tarix : 2015 Dec 30
Kod 47408

Türkiyə və Sionist rejim iqtisadi, təhlükəsizlik və regional müştərək mənafeyə malikdirlər

Türkiyə regionda sionist rejimin dəstəyi istiqamətində ən önəmli rola malikdir
Arannews- sionist rejim Xarici İşlər Nazirliyinin baş direktoru Dori Geld sionist rejiminin Türkiyə ilə əlaqələrinin normallaşdırılması üzrə müzakirələrin düzgün istiqamətdə davam etdiyinə toxunaraq deyib: Region proseslərini nəzərə alaraq, Türkiyə və sionist rejim iqtisadi, təhlükəsizlik və regional müştərək mənafeyə malikdirlər.
Sionist hərbçilərin Qəzzəyə humanitar yardım aparan gəmiyə beynəlxalq sularda hücum etməsi nəticəsində 10 türk vətəndaşı həlak olmuş və 50 nəfər də yaralanmışdı. Bu hadisə ardınca Ankara və Təl-Əviv arasındakı əlaqələr gərginləşdi.
Bununla belə Türkiyə rəsmiləri və sionist rejimi başçıları əlaqələrin normallaşdırılması üçün gizli şəkildə dekabr ayının əvvəllərində İsveçrədə görüşdülər.
Ankara və Təl-Əvivin əlaqələrinin normallaşdırılması müzakirələr fonunda qeyd etmək olar ki, Türkiyə regionda sionist rejimin dəstəyi istiqamətində ən önəmli rola malikdir.


  • Yazılıb
  • da (də) 2015 Dec 30
  • Göndərən مدير سايت Aran News