Tarix : 2008 May 19
Kod 4744

Türk Mərsiyə Ədəbiyyatına Bir Müqəddimə : Aran və Azərbaycanın İranlı Mahiyyəti Olduğuna Bir Güzgü

Azərbaycan İran tarixində xüsusi bir əhəmiyyətə malik idi
Azerbaijan Servisi/Aran Agentliyi
Yazıçı:Rəhim Nikbəxt
tarixçı
Giriş:
Səfəvi hakimiyyəti qurulmadan öncə İran xalqı milli dövlətdən məhrum idi. Səfəvi dövlətinin zühuru və şiə məzhəbinin rəsmiləşdirilməsi və Sasanilər dövründəki şan və şöhrətin canlandırılması ilə İranın tarixi yeni mərhələyə qədəm qoydu.Şiə məzhəbinin rəsmiləşdirilməsi və Osmanlı türklərin Azərbaycana və Arana hücumları səbəb oldu ki, bu bölgələrdə şiəçilik hissi gündən günə çoxalsın.bu dövürdə xalqın dili Azəri türkçəsinə dəyişməsinə baxmayaraq, mədəni və ədəbi salələrdə heç bir dəyişiklik olmamışdır.keçmişdə olduğu kimi Fars dili və ədəbiyyatı bütün İranlıların mədəniyyət dili idi.
Bu dövrdə İran ədəbiyyatında elə bir janr yarandı ki, Azərbaycan və Aran xalqının İranlı mahiyyəti olduğunu tam şəkildə əks etdirir.bu məqalədə çalışacayıq ki, Azərbaycan və Aranın ədəbiyyatının milli və iranlı xüsusiyyətlərini araşdıraq.Azərbaycanın milli və islami mahiyyəti İranın milli mahiyyətindən ayrı deyil.Azərbaycanın İranlı və islami mahiyyətini Türk mərsiyə ədəbiyyatında aydın şəkildə görmək mümkündür.
Azərbaycan İran tarixində xüsusi bir əhəmiyyətə malik idi.İranın şer və ədəbiyyatında, mədəniyyət və milli birliyində və ərazi bütövlüyündə, Azərbaycanın mövqeyi tədqiqat üçün maraqlı mövzulardan biridir və tədqiqata daha önəmli mövzulardan biri planlaşmış hərakatlardır.bunların məqsədi İranın ərazi bütövlüyünü təhlükə altına  salmaqdır.
O cümlədən, keçmiş kommunistlərin yaxud “Demokrat Firqəsi”nin tərəfdarlarının nəzarəti altında bir sıra yerli qəzet nəşr olunur.bunların məqsədi Azərbaycan xalqında  millətçilik hissini yaratmaqdır.Azərbaycan dil və ədəbiyyatı üzrə çalışan dırnaq arası müəllimlər Şumer türklərinə və Boz qurda fəxr etmə hissi yaradaraq, Azərbaycan xalqına saxtalaşmış qeyri-iranlı kimlik verməyə çalışırlar.
Bu məqalədən ilk məqsəd Azəri mərsiyə ədəbiyyatında İranlı kökləri araşdırmaq və Azərbaycan və Aranın ədəbi, mədəni və dini birləşmələrini  İran tarixində sübut etməkdir.
Azərbaycanda Azəri türkçəsində Mərsiyə Ədəbiyyatı1
İran Azərbaycanında və Aranda(indiki Azərbaycan respublikası) şəhidlərin ağası, İmam Hüseyn və Kərbəla şəhidlərinə həsr olunmuş Azəri türkçəsində mərsiyə ədəbiyyatı, şiə məzhəbi geniş şəkildə yayıldığı zaman yazılmışdır.Iranın bu ədəbi janrında ilk əsər Səfəvilərin hakimiyyət uğrunda cəhdləri zamanı yazılmışdır.Məncə, İran kültürünün və mədəviyyətinin sayəsində Azəri türkçəsində əsərlər yaranıb.Türklər, İran və iranlıların təşəbbüsü ilə İslam dinini gətirmişdilər.istər şərq və Türküstanda, istərsə qərb və Kiçik Asiyada İslam dini  və Türk dili və ədəbiyyatı İranın ayrılmaz bir hissəsidir.2
Azəri türkçəsində yazılmış ədəbi əsərlərin 70% mərsiyə ədəbiyyatındadır.Azərbaycanın lirik janrının əsasını İran mədəniyyəti təşkil edir.ancaq mərsiyə ədəbiyyatında yazılmış əsərlərdə Azərbaycan və Aran dili İran və Fars dili və ədəbiyyatı arasında olan sıx əlaqələri daha aydın şəkildə görmək mümkündür, xüsusi ilə Səfəvilər dövründən bəri İranın milli birliyini və ərazi bütövlüyünü qorunmasında Şiə məzhəbinin mühum rolu olmuşdur.Bu məsələni araşdırmaq üçün, İranın, xüsusən Azərbaycan və Aranın mədəniyyətində iki sahəyə diqqət yetirməliyik:
1.Azərbaycanın türk dili 2. İranın bu vilayətlərinin şiə məzhəb olmaqları.
Çünki İran janrı olan Azəri mərsiyəsi bu iki sahənin birləşməsi nəticəsində əmələ gəlmişdir.
Azərbaycanda Azəri türkçəsi və Şiə məzhəbi:
Azəri dili 12 əsrdən başlayaraq 13,14-cü əsrlərə kimi geniş şəkildə Azərbaycan və Aranda yayılmışdır.(əlbəttə, əsassız və qeyri-elmi iddialara görə, bu dil 7 və 8-ci min illikdən mövcud idi və bu dilin ilk nümayəndələri türkdilli şumerlər3 olublar.) 15 və 16-cı əsrlərdə Köçəri türkdilli tayfaların İrana daxil olması və Qaraqoyunlu türkəmənlərin hakimiyyəti dövründə bu dil ən yüksək səviyəyə çatmışdır.
Türk tayfalarının Şiə məzhəbinə olan rəqbətini və ədalətli olmalarını, Bəktaşiyyə və Hürufiyyə firqələrində görmək olar.İranda bu sevginin nəticəsi olaraq, şah İsmayıl Səfəvi, şiəçilikdən güclü bir silah kimi faydalandır.4
Səfəvilərin Osmanlılarla uzunmüddətli müharibələri, Azərbaycanı mübarizə meydanına çevirmişdir.bu məsələ milli və dini hisslərin diri və güçlü qalmasına və Səfəvilərin hakimiyyətinin möhkəmlənməsinə səbəb olmuşdur.buna görə də İranın başqa rayonları ilə müqayisədə yas mərasimləri Azərbaycanda(xüsusi ilə Səfəvilərin Ana yurdu Ərdəbildə), daha çox əhhəmiyyətə malikdir.Osmanlı türk ədəbiyyatında yüksək yeri olan Molla Məhəmməd Füzuli, Şiə məzhəbli idi və İmam Hüseynin şəhid olduğu yer haqqında “Hədiqətüs-süəda” adlı əsəri yazmışdır.bu əsərin çapına icazə verilməyirdi.son zamanlar İranlı tədqiqatçının səyi nəticəsində bu əsər nəşr olundu.5 Füzuli Bəğdadi, bu şiə şairi 16-cı əsrdə Azəri dilində ilk mərsiyəni tərkibbənd formasında yazmışdır.6
16,17-ci əslərdə Azəri türk ədəbiyyatın şah əsərləri şiə məzhəbinin motivində yazılmışdır. Bu bir daha sübut edir ki, Azərbaycanda türk ədəbiyyatı, Fars ədəbiyyatının ətəyində və şiə təmayülləri ilə meydana çıxmışdır və bu əlaqə 18,19-cu əsrlərdə də davam etmişdir7.
19-cu əsr Aran və Azərbaycanda Azəri türk ədəbiyyatı ən yüksək səviyyədə inkişaf etmişdir.bu dövr ədəbiyyatın əsas hissəsini mərsiyə təşkil etmişdir. Azəri şairlərin divanları üç hissədən ibarətdir.ilk hissə fars dilində şerlər və qəzəllər, ikinci hissə türk dilində şerlər və qəzəllər və sonuncu hissə mərsiyələrdir.
Bu mövzunu tam şəkildə burada araşdırmaq qeyri-mümkündür.yalnız 19-cu əsrdə 50-dən çox Qarabağ şairi Fars və Azəri dilində şer və mərsiyə yazmışdır8.
Bunlara baxmayaraq, çar Rusiyasından sonra kommunistlər tərəfindən reallaşan antiiran və antiislam siyasətin nəticəsində(indi də bu siyasət başqa şəkildə davam edir.) elə bir vəziyyət yaranıb ki, Nizaminin vətənində onun şerlərini əsil və orjinal dildə oxuyan çox azdır9.
 
Azəri  Mərsiyə Ədəbiyyatının İranlı mahiyyəti:
Bu məqalədə qısa olaraq, Azəri mərsiyə ədəbiyyatının İranlı xüsusiyyətləri haqqında bunları qeyd etmək olar:
-                      Mərsiyə şerlərin qəlib və forması tam şəkildə Şiə Fars şeri və ədəbiyyatı əsasında yazılıb.
-                      Mərsiyə şerlərin əruz vəznləri Fars dilindəki şerlərin əruz vəznləri əsasındadır.
-                      Azəri türk mərsiyəsinin musiqisi tam şəkildə İranın sünnəti musiqisi əsasında icra edilir.Mərsiyələrin çoxu Hümayun və Şur havalarında yaxud Hüseyni, Zabul və Hicaz üstündə ifa edilir.
-                      Aran və Azərbaycanın məşhur mərsiyə yazan şairləri Fars dilində də çoxlu əsərlər yaratmışdılar.İranın milli dilinə olan maraq və həvəsi İrandan ayrılmadan öncə və kommunistlərin hakimiyyətinə qədər, hətta ondan sonra da görmək olar.“Hophopnamə”nin sahibi Mirzə Ələkbər Sabirin yazdığı mərsiyələr yaxud Əliağa Vahidin mərsiyələri göstərir ki, Aranda kommunistlərin hakimiyyəti dövründə iranlı və islami mahiyyət qoruyub saxlanmışdır.
-                      Bəzi mərsiyələrın məzmunu tam şəkildə İran xarakterlidir.Misal üçün, Azəri şairlərin mərsiyə divanlarında “Şəhrbanu”nun əhvalatı və onun Kərbəlaya getməsi haqqında şerlər var.bu hikayə, tarixi nöqteyi-nəzərdən şübhəli olsada, bizim üçün maraqlı olan azəri mərsiyələrində bu hekayənin yazılmasıdır.Bu hikayə  iki yolla bu ədəbiyyata daxil olub:
1.      Bilavasitə fars ədəbiyyatından Azəri türk ədəbiyyatına keçməsi
2.      İranlılarla Əhli-beyt arasında olan(peyqəmbər nəsli) əlaqəni sübut edir və bu bölgənin dili dəyişmədən öncə burada mövcud idi.bu ərazilərin dili dəyişildikdən sonra bu hekayə mərsiyə ədəbiyyatına daxil oldu.Şüubiyyənin mirası olan bu hikayəni Aranın və Azərbaycanın mərsiyə ədəbiyyatında görürük.
Sözün qısası Azərbaycanın şer və ədəbiyyatı İranın mədəniyyətini tam şəkildə əks etdirir. müəyyən səbəblərə görə, indiyə kimi bu mövzulara diqqət yetirməliyib.Azərbaycanın iranlı mahiyyətini dəyişdirmək məqsədi ilə təşkil olunmuş hərəkatların qarşısını almaq üçün bu mövzularların araşdırılmasına daha çox əhəmiyyət verməliyik.
Qeydiyyat :
1.                  Bu məqalə “İmam Xomeyni Qiyamında Azərbaycanın Mərsiyə Ədəbiyyatı” adı altında yazılmışdır və 1999-cu ildə"Əllamə Universiteti"nin Fars ədəbiyyatı fakültəsində oxundu.
2.                  رضا خسروشاهی/ شعر و ادب فارسی در آسیای صغیر تا سده دهم هجری/ تهران/ دانشسرای عالی / 1350.                            
3.                  Bu prosesdə iki səbəbin rolu olub:1.dövlətçilik 2.irfan və sufişilik.عزیز الله بیات / کلیات جغرافیای طبیعی و تاریخی ایران/ تهران / امیرکبیر/1376/ ص 222                               
4.                  F.Sumer, Səfəvi dövlətin yaranmasında və inkişafında Anadolu türklərin rolu,
5.                  محمد فضولی / حدیقه السعداء/ ج 1 / به تصحیح میر صالح حسینی/ تهران/ انتشارات بین المللی المهدی/ 1373                                                        
6.                  کلیات دیوان فضولی هفت جلدی/ کتابفروشی فردوسی/ تبریز/ بی تاریخ چاپ / ص 127            tərkibbəndin ikinci bəndi:
Mahi mühərrəm oldu məsərrət həramır
Matəm bu gün şəriətə bir ehtiramdır
Təcdide matəmi şühəda nəfsiz deyil
Qiflət sərayi dəhridə tənbihi ammdır
Ğoğayi Kərbəla xəbərin səhl sanma kim
Nəqsi vəfayi dəhrə dəlili təmamdır
Hər zərrə əşk kim tökülür zikri al ilə
Səyyareyi sepehr, ülüvü məqamdır
Hər dəmdə Ah ki çəkilür əhli-beyt içün
Miftahi rozeyi darüssəlamdır ...
7.                  Yazıçı "ترکی سرایان ایران در عصر صفوی" adlı bir kitabı çapa hazırdır.
8.                  Bu şairlərin bəzisi bunlardır:Həsən bəy Hadı, məşədi Əyyub Bakı, Molla Əli Xəlifə, Molla Məhəmməd Qazi, Məhəmməd Əli bəy Məxfi, Mehdi qulu xan, Mahmud bəy vəziran, Mirzə İbrahım Səba, Mirzə Mühərrəm, Cəfərqulu xan Cavançır, Hacı Molla Nəcəfqulu Qarabaği, Molla Xəlil Şaki Əbdali, ...
9.                  Qafqazda fars şer və ədəbiyyatı mövzusunda dahi tədqiqatçının, Əziz Dövlətabadinin, "پارسی سرایان قفقاز" kitabı nəşr olub.
 
  • Yazılıb
  • da (də) 2008 May 19