Tarix : 2016 Jan 11
Kod 47538

Ilham Əliyev, Nüvə Sammitindən sonra istefa verə bilər

Ekspertlərə görə, bu səfər sanksiyalar ərəfəsində Azərbaycandan mövqe dəqiqləşdirilməsi məqsədi daşıya bilər.
AranNews- ABŞ prezidenti, ilham Əliyevə məktub göndərib. Bu barədə Prezident Administrasiyası şöbə müdiri Novruz Məmmədov özünün tvitter səhifəsində yazıb. N.Məmmədov qeyd edib ki, Obama dekabrın 3-də azərbaycanlı həmkarına 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün dəvət göndərib.Əslində bu dəvətin keçən il olmaması hakimiyyəti pis vəziyyətdə buraxmışdı. Keçən il N.Məmmədov mətbuatda Azərbaycanın dəvət olunmamasını belə əsaslandırmışdı ki, ölkəmiz nüvə dövləti deyil. Bu üzdən bu tədbirə dəvət olunmayıb. Amma Gürcüstan kimi dövlətin Nüvə Sammitinə dəvət olunması hakimiyyətin arqumentlərini alt-üst etmişdi.
Sammit 2010-cu ildən keçirilir. Amma keçən ilkindən fərqli olaraq I.Əliyevin bu dəfə tədbirə dəvət olunması bir sıra suallar yaradır. Çünki keçən il ABŞ-Azərbaycan münasibətləri indikindən qat-qat normal idi. Amma keçən ilin sonundan ABŞ-da Azərbaycana qarşı sərt sanksiyaların tətbiqi gündəmə gəlib. Azərbaycan hakimiyyətinin siyasi məhbus problemini çözmək istəməməsi, insan haqları sahəsində durumu daha da pisləşdirməsi, demokratik dəyərləri kobud şəkildə pozması Vaşinqtonun reaksiyasına səbəb olmalıydı. Ona görə ekspertlərin fikrincə, Əliyevi Nüvə Sammitində gərgin danışıqlar gözləyir. Bu dəvəti sanksiyalar ərəfəsi son mövqe dəqiqləşdirilməsi də adlandırmaq olar. Siyasi məhbuslar ətrafında vəziyyət indiyədək həll edilmədiyindən Qərb Əliyevlə əməkdaşlıq etməklə bağlı çətin vəziyyətə düşüb.
Daha bir məqamı da vurğulamaq yerinə düşər. Yanvarın 19-da Brüsseldə Avropa Siyasəti Institutunda “Barmaqlıqlar arxasında ədalətli mühakimə: Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi” mövzusunda debat keçiriləcək. Tədbir yuxarıda adı çəkilən institut tərəfindən Insan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu ilə birgə təşkil edilib.
Iştirakçılara Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vətəndaş cəmiyyətinə, KIV-ə və müxalif fəallara qarşı repressiyaları təhlil edən məruzə təqdim ediləcək.
Məruzədə aparıcı hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Leyla və Arif Yunus, Emin Milli, Xədicə Ismayılovanın işi üzrə məhkəmə proseslərinin və Emin Hüseynovun işinin ətraflı təhlili yer alır.
Debatda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən bəziləri də iştirak edəcəklər.
Azərbaycanın eyni zamanda Avropa Birliyi ilə də münasibətləri gərgin olaraq qalır. AB da Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrdə ölkəmizə qarşı sərt maliyyə və siyasi sanksiyaların tətbiq oluna biləcəyini dilə gətirib. Ona görə I.Əliyevin səfəri Azərbaycan xarici siyasətinin həsas dönəminə təsadüf edir. Heç şübhəsiz Nüvə Sammitində Azərbaycanda mövcud olan digər problemlər də tədbir gedişatında ikitərəfli görüşlərdə müzakirə predmeti olacaq.Əliyevi Nüvə Sammitindən sonra istefa verə bilər.
  • Yazılıb
  • da (də) 2016 Jan 11
  • Göndərən مدير سايت Aran News