Tarix : 2008 May 20
Kod 4762

Sumqayıt və Bakı şəhərinin bir hissəsi susuz qalıb

bunun nəticəsində prezident seçkisi ilində, 100 minlərlə Abşeron sakinin su ilə təchizatında kəskin problemlər yarana bilər
Azerbaijan Servisi/Aran Agentliyi
Buna səbəb Azərsu şirkətinin, “Sumqayıtenerjişəbəkə” açıq səhmdara cəmiyyətinə təxminən 38 milyon manat borcundan yaranmış mübahisədir.
Xəbərlərə əsasən, Ceyranbatan su anbarına elektrik verilməsi dayandırılıb. Azərsudan alınan informasiyaya görə, az sonra digər su təchizat obyektləri də işıqsız qalacaq.
Müxbirlərə əsasən, bunun nəticəsində prezident seçkisi ilində, 100 minlərlə Abşeron sakinin su ilə təchizatında kəskin problemlər yarana bilər.
“Azərsu” borcların ödənilməsi ilə bağlı xəbərdarlıqlara məhəl qoymadığına görə Bakı mənzillərinə gələn su günorta saat üçdə kəsildi.
Adamlar bir neçə gündür ki, su il bağlı problemin həllini gözləyirdilər.
Bakı sakinlərindən birinin dediyinə görə “dövlət idarələri öz işlərini özləri həll etməlidirlər. Hamı öz işinə əməl etsə “biz əziyyət çəkmərik”, - deyib BBC proqramına müsahibə verən Bakı sakinlərin biri.
Sumqayıt elektrik şəbəkəsinin nümayəndəsi Anar Quliyevin sözlərinə görə “Azərsu” borcun yalnız kiçik hissəsini ödəməyə razı olub.
“Çox təəssüf ki, onlar uzun müddətdir, heç nə daxil olmayıb. Onlar bu gün borclarının ödənilməsi ilə bağlı bir məktub göndəriblər. Məktubda söhbət bir aylıq borcun 25 faizinin ödənilməsi haqda gedir. Buda bizi qane etmir ”.
Azər Quliyev dediyinə görə şirkətin borcu 2002-ci ildən bəri yığışmaqdadır.
Sumqayıt elektrik şəbəkəsi borcu ödənilmədiyi təqdirdə elektrik verməyəcəyini bildirib.
“Azərsu”-nun nasoslarına verilən iki xətdən biri artıq kəsilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Əyyub Hüseynov isə bildirir ki, iki illik mübahisə məhkəmə yolu ilə çözülməli idi.
  • Yazılıb
  • da (də) 2008 May 20