Tarix : 2016 Jan 20
Kod 47633

İnqilab Rəhbərinin Prezidentin məktubuna cavabı

Ayətullah Xameneidən Həsən Ruhaniyə: "ABŞ-ın hiylələrinə qəflət etməyin!"

Islam İnqilabının Böyük Rəhbəri, nüvə müzakirələrinin nəticəsilə bağlı İİR prezidenti Həsən Ruhaninin məktubunun cavabında qarşı tərəfin İran xalqının müqaviməti qarşısında geri çəkilməsindən və İran müzakirə heyətinin səylərindən məmnun qaldıqlarını bildirdilər.
AranNews- Həzrət Ayətullahulüzma Xamenei həmin məktubda İİR prezidentinin,Xarici İşlər Nazirinin və nüvə müzakirə heyətinin digər üzvlərinin səylərinin alqışlayıblar.
Böyük Rəhbər bu məktubda bütün hökümət rəsmilərinə xatırlatmışlar:"İranın iqtisadi problemlərinin həlli müqavimət iqtisadiyyatı istiqamətində bütün sektorlarda məntiqi və ardıcıl səylərdən asılıdır və sanksiyaların ləğvi təklidə ölkə iqtisadiyyatında problemlərin həllinə yetərli deyidir".
İslam İnqilabının Böyük Rəhbəri bu məktubda həmçinin bildiriblər ki, əldə edilmiş uğurla bağlı təbliğatların aparılmasında, bu uğurların əldə edilməsi üçün böyük zəhmətlərin çəkilməsinə diqqətin göstərilməsini zəruri adlandırıb və deyiblər: Bu həqiqəti görməməzliyə vurmağa və Qərbin xoşuna gəlməyə çalışanlar, xalqın ümumi fikri qarşısında sədaqətli davranmış olmayacaqlar.
Həzrət Ayətullah Xamenei əlavə ediblər: Qarşı tərəfin öz öhdəliklərinə tam formada əməl etməsi məsələsinə də diqqət göstərilməlidir. Çünki, bəzi ABŞ rəsmilərinin ötən günlər ərzində səsləndirdikləri fikirlər ümidverici deyil.
İslam İnqilabının Böyük Rəhbərinin məktubunda deyilir: Dünyanın zorakı qüdrətləri qarşısında əldə olunan bu uğurlar İran xalqının müqaviməti sayəsində əldə olunub və bunu bütün məsələlər üzrə və bütün sahələr üçün böyük bir dərs hesab etmək lazımdır.
Həzrət Ayətullah Xamenei bu məktubda həmçinin ölkə rəsmilərinə uğur diləyərək, deyiblər: ABŞ kimi zorakı dövlətlərin bu və digər məsələlərdə öhdəliklərindən boyun qaçırtmalarına icazə verilməməlidir və bu məsələdə ayıq olmaq lazımdır.
  • Yazılıb
  • da (də) 2016 Jan 20
  • Göndərən مدير سايت Aran News