Tarix : 2008 May 20
Kod 4765

Elmi Bir Konfransın Xülasəsi

Azərbaycan məsələsi yalnız millətlər üçün tarixi bir məsələ deyil, bəlkə siyasi nöqteyi-nəzərdən də xüsusi əhəmiyyəti var
Azerbaijan Servisi/Aran Agentliyi
 Dr.Hadi Haşimiyan
 Professor, yazıçı və tədqiqatçı
Xülasə:
Azərbaycan məsələsi yalnız millətlər üçün tarixi bir məsələ deyil, bəlkə siyasi nöqteyi-nəzərdən də xüsusi əhəmiyyəti var.
Azərbaycan respublikası, İranın tarixindən(bir neçə əsr eramızdan əvvəl başlamışdır.)ayrılmayan bir hissə idi. ancaq türklərin və tatarların yaşadığı ölkələrə həmsərhəd olduğuna görə, bir tərəfdən  qanı və dili dəyişmişdir, bir tərəfdən isə bu qonşuların siyasi tamahlarına məruz qalmışdır.Əlbəttə, müharibədən əvvəl və müharibə zamanı və hətta müharibədən sonrakı hadisələrə diqqət etsək, Azərbaycanın təhlükəli şəraiti aydın şəkildə dərk edə bilərik.
Şərq millətlərin, xüsusi ilə İran və qonşu tayfaların dili və tarixini araşdıran Alman alimi, professor Markvart, 24 İyyul 1926-cı ildə Germaniyadakı"İranlı Tələbələr Cəmiyyəti"nin dəvətinə görə, "Azərbaycanın Tarixi və Soyu" haqqında İran və Əfqanın xarici işlər nazirlərinin hüzurunda Berlin şəhərində konfrans verdi.bu iclasın xülasəsi İranda nəşr olan"İranşəhr" jurnalında çap olunmuşdur.1
Bir xalqın mövcuduğunu təmin edən amillərdən biri, onun milli şüurudur.2Milli şüur o zaman olar ki, xalq milli tarixinin həqiqətlərini bilsin. 
 
Şəfəq Rzazadə. 
 Konfransın tərcüməsi :
Azərbaycan məsələsi yalnız millətlər üçün tarixi bir məsələ deyil, bəlkə siyasi nöqteyi-nəzərdən də xüsusi əhəmiyyəti var.
Azərbaycan respublikası, İranın tarixidən(bir neçə əsr eramızdan əvvəl başlamışdır.)ayrılmayan bir hissə idi. ancaq türklərin və tatarların yaşadığı ölkələrə həmsərhəd olduğuna görə, bir tərəfdən qanı və dili dəyişmişdir, bir tərəfdən isə bu qonşuların siyasi tamahlarına məruz qalmışdır.Əlbəttə, müharibədən əvvəl və müharibə zamanı və hətta müharibədən sonrakı hadisələrə diqqət etsək, Azərbaycanın təhlükəli şəraiti aydın şəkildə dərk edə bilərik.
Azərbaycan adının mənşəyi Makedoniya İsgəndərin qələbəsindən sonra İranın satrapı “Atropats”dan götürülmüşdür.
 Araz çayının şimal hissəsi tatarların məskəni idi.əski zamanlar bu ərazi Erməni dilində Albaniya3 adlanmışdır və lüğət kitablarında “Arvang آروانگ”, Ərəb dilində "Əran اران " deyilmişdir.Bu ada şah İsmayılın dövründə və Şərəfüddin Bədlisinin"Şərəfnamə"adlı kitabında rastlaşırıq.bu sözün mənşəyi Gürcüstan və Aran sərhədləri arasında olan"Alvan آلوان "(Gürcü dilində"Alazanالازان")adlı çaydan alınıb.
Səlcuqilər dövrünə qədər Aran və Azərbaycan müxtəlif tayfalardan təşkil olmuşdur.Albaniya sahilində- Xəzər sahilləri-talışlar yaşamışdılar.həmin dövürlərdə bu ərazi İranlılaşdırılmışdır.4 ancaq Aranın başqa bölgələrində müxtəlif dillərdə danışan tayfalar da yaşamışdılar.onları Qafqaz "Ləzgi"si adlandırmaq olar.Professor “Marr5”bu dil qrupunu “Yafs” adlandırmışdır.bunlar nə iranlı, nə də Samidilər.Hətta 11-ci əsrdə Aran hökmranlığında, yəni “partaf-barda”da Aran dilində danışmışdılar.sonralar Fars dili və xristiyan bölgələrində Erməni dili və son zamanlar Türk dili yayılmışdır.
9-cu əsrə aid olan qaynaqlarda məlum olur ki, başqa tayfalar da Azərbaycanda mövcud idi.o cümlədən, "Parsva" və "Menai".Parsvalar Urumiya gölünün cənub şərqində yerləşmişdilər.bunlar sonralar "Gilan" şəhrinə köçmüşdülər.Menailar haqqında məlumat çoxdur.belə ki, onların paytaxtı, Assur dilində “Ezirto” və Urartu dilində6 “Sisiri xadiris” idi.bu adla bağlı"Siris"kəndi mövcuddur. məşhur "Muğan" məktəbi bu kənddə yerləşir.Bu kənd, Fərahrud bölgəsində Marağa şəhərinə yaxındır.“Zigerto” tayfası Menailərin yanında və onların hakimiyyəti altında yaşamışdılar.Toran Dangen, bu tayfanın yerini Səhənd dağının kənarı qeyd etmişdir.bu iddia mənim tədqiqatıma uyğundur.bu tayfanın adı Assuri dilində "Ziqorto" və qədim İran dilində "Asaqarta" adlanmışdır. Bistun abidəsinin 33-cü fəslində belə yazılmışdır:-“Çefrataxma, Asaqartadan idi.mənim əleyhimə qiyam etdi və iddia etdi ki, "Asaqarta"nın şahıdır. Məğlub olduqdan sonra "Albelaa" şəhərində(Assur paytaxtı)dar ağacından asıldı.”600-il eramızdan sonra Hvaxıştra, Midiya padışahının xalqı "Nineviya" şəhəri dağıldıqdan sonra, "Assur" ölkəsinə köç etmişdilər.amma onlar özlərini həmişə midiyalı bilmişdilər. Gezenefon bu hadisədən 200-il sonra, yəni 4-cü əsrdə Assurdan keçəndə bu ərazini "Midiya" adlandırmışdır.
Qədim yunanlılar "Asqarta" yerinə “Matiyanı” sözünü istifadə etmişdilər.bu söz “Menay”ın təhrif formasıdır. Bu və başqa mənbələdən məlum olur ki, Menaylar, Midiya şahı Hevaxıştaranın tabeində idilər və bu tarixdən başlayaraq, onların iranlılaşdırma prosesi daha güclənmişdir.
Digər tayfalar"Kaduslar" idi(indiki Gilanlılar).bu adı iranlılar təhqir üçün onlara vermişdilər.bu adın mənası "əclaf"dır. Məşhədin ətrafında yaşayan Təburlar (Təbərilər)Kadus tayfasındandılar. Özlərini kert adlandıran Kürdlərə İranda "Marder" yəni ziyankar deyilmişdir.Onların indiki dilləri qarışıq soyları olduğunu sübut edir.
İranlılarla sıx əlaqədə olan və onlarla qarışan "Kaspilər" ya "Kazaklar" Azərabadeqanın şimalində yerləşmişdilər və onların bir hissəsi indiki Talış zonasında yaşayırlar.
Azərabadeqan Sasanilər dövründə xüsusi əhəmiyyət və şöhrətə malik idi.Xüsusi ilə Gəncək (Ərəb dilində Şiz)atəşgahı.bu atəşgah Urumiyanın cənub-şərqində yerləşmişdir və şahlar piyada bu ziyarətgaha getməlidilər. Bu atəşgah əzəmət və şan- şöhrətdə yeganə idi.
əvvəldən Azərabadeqan ərazisi yaşıllıqdır.ona görə də xalqın çoxu heyvandarlıqla məşğul idi. əlbəttə, köçəri tayfa deyildi.mal-qara  saxlayaraq, əkinçiliklə məşğul olmuşdular.
Savalan zonasında kürdlər yaşamışdılar.yoxsul və köçəri tayfa olduqlarına görə, döyüşkən idilər və bu məsələ səbəb olmuşdu ki, Məzdəkin sosiyalist ideolojisi orada inkişaf etsin.Həmçinin Babəkin üsyanı üçün bu zona daha əlverişli idi.Qeyd etmək lazımdır ki, buradakılar nə zərdüşt, nə də müsəlmandılar.Zazalar və Qızılbaşlar kimi ortada qalmışdılar.
138-ci ildə Əbumüslimin ölümündən sonra, Məzdəkilər “Sənbad”ın əleyhinə(özünü Piruz Sipəhbüd adlandırmışdır)qiyam etmişdilər.Nizamülmülk onları Xürrəmdinilər adlandırmışdır."Xürdini خوردینی" sözünün təhrif formasıdır.
Xürrəmdin hərəkatının məğlubiyyəti və Bəğdad şəhərində yerləşdirildikdən sonra, Babək Cavidanın şagirdi"Baz"dağında zühur etmişdir. Bu dağ, Ərdəbilin şimalində və Bərzəndin şimal- qərbindədir.Babəkin qiyamı 20 il davam etmişdir (837-ci ilə qədər) və bütün xürrəmdinlər onunla birləşdilər.hətta 827-ci ildə İspahan xürrəmdinləri də qiyam etmişdir və Azərbaycana gələrək Babəklə beyət etmişdilər.Mötəsəmin qoşunu Xürrəmilər hərakatını dağıtmışdır və təkcə Həmədan şəhərində 60 min nəfəri öldürmüşdür.Babək Romaya qaçanda, Əbusəid Mühəmməd İbn Yusif tərəfindən Klikiya sərhədlərində öldürülmüşdür.Xürrəmdinlər son nəfəsə kimi Azərbaycanda dayanmışdılar.
Neçə ildən sonra, Bəğdadda Xürrəmdinlərin başqa bir üsyanı baş vermişdir.Onların əksəriyyəti kürd idilər və məlumatlara görə, 880-ci ildə Roma çarı Baziliyus tərəfindən üsyançılar öldürülmüşdür.Məsudinin yazdıqına görə, bu qiyamlar Cəzirə və Süqurda daha geniş idi amma bu üsyanlar xəlifələrin əmri ilə dağıdılmışdır.Bu təziqlərə baxmayaraq, bölgələrdə daima üsyan və iğtişaş var idi.
İstəxri deyir:-"Xürrəmilər əlçatmaz dağlarda yerləşirdilər və hər fürsətdən istifadə edərək, qiyam edirdilər.Məscidlərdə Quran oxuyurdular.amma dinsiz idilər. Məqdəsi (Məqdisi) onları Mərciyə adlandırırdı. Bu hərəkatlar səbəb oldu ki, Azərbaycanda dağınıq, hərc-mərclik və xarabalıq olsun və Azərbaycanın əhali azlığı da buna görədir.bu hadisələri Yaquti özü şəxsən müşahidə etmişdir və izah etmişdir.(معجم البلدان / جلد 1/ ص 172)                         
Qeydiyyat:
1.                  “Azərbaycan” adlı kitabın yazıçısı"Markvart"dır.bu kitab çap olunmayıb.Cənab Təqizadə Berlində olan zaman bu kitabın nəşri üçün orada yaşayan vətəndaşların təşəbbüsü ilə pul toplandı."Kaviyani" nəşriyyatına verildi.Alman pulu dəyərdən düşdüyü üçün bu miqdar pul kitabın nəşrinə yetmədi.Almanda kitab nəşr olmayana kimi Fars dilinə tərcüməsi və nəşri qeyri-mümkündür.İranşəhr jurnalı, 24 Sentyabr 1926-ci il
2.                  Conscience nationale
3.                  Avropadakı Albania respublikası ilə səhv olunmasın.
4.                  “iranise”= kimisəni iranlı etmək
5.                  Marr
6.                  "Van" ətrafında danışılan dil.
 
  • Yazılıb
  • da (də) 2008 May 20