Tarix : 2016 Jan 23
Kod 47663

Azərbaycanda işsizlik səviyyəsi rəsmi göstəricidən 7-8 dəfə yuxarıdır

Politoloq, Ərəstun Oruclu bildirib ki, əhatə edən böhranlı durum getdikcə dərinləşməkdədir. Belə ki, günü-gündən artan işsizlər ordusu cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilir.
AranNews- Proseslərin ən neqativ tərəfi odur ki, hökumət bu istiqamətdə heç bir addım atmır. Ümumiyyətlə bu istiqamətdə hansısa addımların atılacağı real görünmür.
politoloq Ərəstun Oruclu deyib ki, ölkədki durumla bağlı fikir söyləmək çox çətindir: “Hal-hazırda aparılan sosial-iqtisadi proseslərin heç bir konturları görünmür. Yaxın 2-3 aya hansı planların mövcud olmasını anlamaq mümkün deyil. Ölkədə hər kəs neftin qiymətindən danışır.
Mərkəzi bankın sədri də ölkənin monitar siyasətini neft amili ilə bağlayır. Ölkə başçısı Dsvos Forumunda çıxışında da bütün tezisləri neft qiymətləri üzərində qurub. Hətta optimist proqnoz verərək neftin qiymətinin gələn il 60-70 dollara qədər qalxa biləcəyini qeyd edir. Bu çox yanlış yanaşmadır vә iqtisadi islahatlar proqramının olmamasını göstərir. Heç kəs bu barədə düşünmür. Bu baxımdan, ölkədə proseslərin hansı istiqamətdə inkişaf edəcəyini düşünmək çox çətindir. Ölkədə işsizlik, yoxsulluqla bağlı mövcud olan rəsmi rəqəmlər inandırıcı görünmür.
Neftin qiyməti düşənə qədər ölkə rəsmilərinin dilindən 5% yoxsulluğun və 5% işsizliyin olması qeyd edilirdi. İndi isə rəqəm deyilmir. Amma yenə də etiraf olunmur ki, yoxsulluq faizi durmadan artır. Bu başqa cür də ola bilməz. Əgər ölkə əhalisinin gəlirləri manatladırsa və bu məsələdə artım yoxdursa, ölkə əhalisi arasında işsizlik artıbsa necə ola bilər ki, yoxsulluq artmayıb? Bu gün ölkədə rəsmi rəqəmlər olmadığı üçün ciddi fikirlər söyləmək olmaz.
Düşünürəm ki, vəziyyət bizim təsəvvür etdiyimizdən daha faciəlidir. Düşünürəm ki, ölkədə işsizlik səviyyəsi rəsmi göstəricidən 7-8 dəfə yuxarıdır. Söhbət 40-50 faizdən gedir. Bu gün həm dövlət, həm də özəl sektorlarında geniş ixtisarlar gedir. Məsələn, vülayutadəyişmə məntəqələrinin bağlanması ilə bir gündə 6 min insan işsiz qaldı. Düşünürəm ki, sosial iqtisadi vəziyyət olduqca pisdir. Bunun da sosial fəsadları mütləq olacaq. Ölkə başçısının Davos çıxışında bədbin notlar açıq-aşkar görünürdü. Ölkədə bir çox addımlar pərakəndə, sistemsiz atılır. Bu cür sistemsiz verilən qərarlar sistemsiz proseslərin baş qaldırmasına səbəb olacaq. Ölkdəki vəziyyəti idarə edəcək yeganə mütəşəkkil qüvvə hakimiyyət idi. Artıq onun da mütəşəkkil olması ciddi sual altındadır”.
  • Yazılıb
  • da (də) 2016 Jan 23
  • Göndərən مدير سايت Aran News