Xəbər Lenti

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Arxiv Print RSS
 
Tarix : 2016 Jan 31     |     Kod : 47754

Qondarma qadın azadlığı

8 Mart qadınlar bayramı, məhz düşmənin maraqlarına ximdət edən bir bayramdır.

AranNews- Təəssüflər olsun ki, bugün qadın azadlığından, qadın hüquqlarından ağız dolusu danışılsa da həqiqətdə qadın müasir dünyanın qul və köləsinə çevrilib.
Qadın azaddır deyib onu sözün əsil mənasında qul ediblər. Hətta qadının azad olması münasibəti ilə bayram da qeyd edirlər. Qadının açıq-saçıq geyinməsi, reklam çarxlarında cəlb edici bir vasitə kimi istifadə edilməsi və alver vasitəsinə çevrilməsi həqiqətdə qadının nə qədər azadlıqdan uzaq olduğunu göstərir. Bugün müəyyən sistemlər, qruplar qadın azadlığını əldə bayraq edərək həqiqətdə qadının əsil azadlığını əlindən alır. Dünyada minlərlə qadın satılır, təhqir olunaraq əxlaqsızlığa doğru məcbur edilir.
Eyni zamanda, qadın azadlığı altında minlərlə qadının fəaliyyətini elə hala salıblar ki, sanki o bir məhsuldur. Qadınların hədəfə alınması, əxlaqsızlığa sürüklənməsi heç də təsadüfü bir hal deyil. Çünki gələcəyi yetişdirən məhz qadındır –anadır. İnsanlığın düşməni kəsilmiş bəzi sistemlər isə bugün ananın məqamını əlindən almaq istəyir.
Gələcək nəsili daha da əxlaqsız etmək üçün bugün anaları azadlıq adı altında öz evlərindən çıxararaq küçə və bazarlarda, özü də açıq-saçıq və cəlbedici bir vəziyyətdə kişilərlə bir yerdə işləməyə təhrik edirlər. Bu yollada ananı öz övladından ayıraraq gələcək nəsilin tərbiyəsini zəhərli əqidə və ideyalar ilə dolu olan cəmiyyətin ixtiyarına buraxırlar.
Qadınlara qarşı bu plan bütün dünyada həyata keçirilir. Bir az ətrafımıza nəzər salsaq bizim cəmiyyətdə də eyni proseslərin getdiyinin şahidi olarıq.
Sadəcə ən böyük təbliğat vasitəsi olan televiziyalarda nümayiş etdirilən verliş, kino və seriallara nəzər salsaq bu həqiqəti çox asanlıqla görə bilərik.
Bugün televiziyada aparılan çirkin təbliğat vasitəsi ilə qadınlara açıq-saçıqlığı, əxalqsızlığı, həyat yoldaşına xəyanəti adi hal kimi göstərməyə çalışırlar. Bütün günün televiziya qarşısnda keçirən gənc qızlar isə göstərilənlərin təsirinə düşərək özlərini bədbəxt edirlər.
Aparılan bu təbliğatın müəyyən nəticələr verməsinə sübut il ildən boşanmaların sayının çoxalması və xəyanət səbəbində qadınların qətlə yetirilməsidir. Düşmən çalışır ki, bacardığı qədər ailələri dağıtsın və qadınların qeyri qanuni yol ilə uşaq dünyaya gətirməsini çoxaltsın. Çünki onlara namuslu, qeyrətli insanlar xeyir etmir, onlara zinadan dünyaya gələn insanlar sərf edir.
8 Mart qadınlar bayramı da məhz düşmənin maraqlarına ximdət edən bir bayramdır. İl boyu qadını şəhvət əsiri və kölə kimi işlədir, sadəcə bir gün isə qadına bayram edərək bütün il boyu etdiklərinin üstünü ört basdır etmək istəyirlər. Tam məsuliyyəti ilə deyə bilərəm ki, qadına sözün əsil mənasında azadlığı məhz İslam dini verdi. Buna şübhə ilə yanaşanların İslam şəriətində qadın hüquqları haqqında oxuması kifayət edər. İslam dini qadına azadlıq verdiyindən bugün düşmənin mübarizə apardığı əsas dəyərlər də məhz İslam dəyərləridir. Hicaba qarşı aparılan mənfur təbliğat da məhz düşmənin bu dəyərlər ilə mübarizəsinin bir qismidir. Qadın hicaba riayət etməklə düşmənin məqsədlərini gözündə qoymuş olur. Çünki düşmənin bugünkü hədəfi qadını soyunduraraq ondan istədiyi kimi istifadə etməkdir. Ancaq nə qədər ki, Allahın bizlərə bəxş etdiyi İslam dini mövcuddur, o vaxta qədər də düşmən öz məqsədlərinə tam şəkildə çata bilməyəcək.
Allahın əmrlərini hər şeydən üstün tutan namuslu, həyalı mömünə bacılarımız mövcu olduqca düşmən heç vaxt öz hədəfinə çata bilməyəcək.


Yazılıb da (də)   2016 Jan 31  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap