Tarix : 2016 Mar 08
Kod 48143

Ərəbistan və onun müttəfiqləri sionist rejiminin kənarında yer alıblar

Ərəbistan və onunla müttəfiq olan ərəb ölkələri anti-sionist müqavimət cəbhəsi qarşısında yer almaqla, sionist rejiminin kənarında yer alıblar.
Arannews- sionist rejiminin baş naziri Fars Körfəzi Əməkdaşlıq Şurasının və Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin Livan Hizbullahını terrorçu qruplaşma elan etməsindən vəcdə gələrək deyib: Bu, böyük və heyrət doğuran bir dəyişiklik idi.
Cinayətkar sionist rejiminin baş naziri Benyamin Netanyahu sonda öz sükutunu sındırıb və Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahı ilə bağlı qərarı haqda deyib: Fars Körfəzi Əməkdaşlıq Şurası son dərəcə mühüm və heyrət doğuran bir dəyişiklik idi. Amma, ondan daha da təəccüblüsü bu qərarın Bələd və Hədaş partiyaları tərəfindən qınanması idi.
Netanyahu sionist rejiminin Knessetində etdiyi çıxışında bu iki partiyanın üzvlərinə xitabən deyib: Məgər ağlınızı itirmisiniz ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahının terrorçu adlandırılması ilə bağlı qərarını qınayırsınız?
Sionist rejiminin baş naziri əlavə edib: Ərəb dünyasında böyük dəyişikliklər baş verməkdədir. Amma, hələ də Knessetdə olan bəzi tərəflər başa düşə bilmirlər ki, bir sıra ərəb ölkəsi İsrailin kənarında yer alıb.
Ərəbistan və onunla müttəfiq olan ərəb ölkələri anti-sionist müqavimət cəbhəsi qarşısında yer almaqla, işğalçi sionist rejiminin kənarında yer alıblar.


  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News