Tarix : 2016 Mar 16
Kod 48211

Azərbaycanda İlk devalvasiyadan bir ildən çox zaman keçir

Natiq Cəfərli: İqtisadi depresiyadan çıxmaq üçün uzun zaman və daha ciddi işlər tələb olunur. Azərbaycanın isə nə zamanı, nə də ciddi vəsaiti var.
AranNews- Artıq 1-ci devalvasiyadan 1 ildəndən artıq bir zaman keçir. Bir çox ekspertlər ilk devalvasiya zamanı hökumətin məcburi şəkildə bir çox addımları atacağını qeyd etmişdi. Ekspertlərin fikrincə hökumətin bundan başqa heç bir yolu yoxdur. Təbii ki, ilk olaraq gömrük və vergi sistemlərindəki naqisliklərin qaldılılması prosesi reallaşmalı idi. Amma bu gün biz qeyd edilən heç bir islahatı müşahidə etmirik. Ölkəd devalvasiyaların ağırlığı ilə çətin günlərini yaşayır.
İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində islahatların olmamasının nəticəsi o oldu ki, getdikcə vəziyyət daha da pisləşdi: “Əgər hökumət vaxtında islahatlar aparsaydı ən azı ikinci kəskin devalvasiya olmazdı. Eyni zamanda bank sistemində yaşanan böyük qism problemlər həll oluna bilərdi. Digər tərəfdən ticarət dövriyəsi zəifləməzdi. Bu günə qədər davam edən iş yerlərinin bağlanmasını, iqtisadi aktivliyin zəifləməsini müşahidə edirik. Bunların hamısı ona görə baş verir ki, hökumət ciddi islahatlar aparmır. Atılan addımlar da hələ ki, kağız üzərindədir. Gömrük sistemi ilə bağlı islahatların olması gözlənilən idi. Amma bu istiqamətdə ciddi addımların atıldığı görülmür. Bu gün yeganə olaraq gözlə görülə bilən məsələ ondan ibarətdir ki, ölkədə istehsalat və ixracatla məşğul olmaq istəyənlərə müəyyən güzşətlərin tətbiq edilməsi nəzərdə tutulub. Amma ölkədə bir istehsal olmalıdır ki, bunun da dirçəldilməsi ilə bağlı addımlar atılsın. Ölkədə sıfırdan başlayaraq ixracat yönümlü istehsalat qurmaq lazımdır. Bütün bu problemlərin həllinin yolu köklü iqtisadi islahatlardan keçirdi. Gözləntilərimiz özünü doğrultmadı.
İndi elə bir duruma gəlmişik ki, ölkədə artıq tək iqtisadi addımlarla ciddi dönüş yaratmaq mümkün deyil. Artıq idarəetmədə də ciddi islahatlar olmalıdır. Ədalətli məhkəmə sistemi də qurulmalıdır ki, xarici və daxili investorlar mülküyyət toxunulmazlığına güvənsinlər. Eyni zamanda icra strukturları tamami ilə yeni qaydada işləməyi öyrənməlidir. Bir çox icra strukturları, əsasən də biznesə mane olan icra strukturları tamamilə ləğv edilməlidir. Ölkədə şəffaf və hesbatlı bir sistem qurulmalıdır ki, iqtisadiyyatda atılan addımlar ciddi effekt versin. Amma görünən odur ki, hökumət heç bir islahatlara getmək istəmir. Bu da durumu getdikcə ağırlaşdıracaq. Artıq ölkə iqtisadiyyatı böhrandan çox, depresiya mərhələsinə qədəm qoyub. Ölkənin bütün iqtisadi göstəricilərində durğunluq müşahidə olunur. Bu çox təhlükəli tendensiyadır. İqtisadi depresiyadan çıxmaq üçün uzun zaman və daha ciddi işlər tələb olunur. Azərbaycanın isə nə zamanı, nə də ciddi vəsaiti var. Hökumət ciddi müzakirələrə açıq olmasa qəbul etdiyi qərarları təcrübələrdən də göründüyü kimi ləğv etməyə məcbur olacaq”.

  • Yazılıb
  • da (də) 2016 Mar 16
  • Göndərən مدير سايت Aran News