Tarix : 2016 Apr 14
Kod 48510

Qarabağ haqqında indiyədək açılqlanmamış həqiqətlər + Video

Azərbaycan dövləti öz millətçi yanaşmasını kənara qoysa və Qarabağı azad etmək üçün İslam və öz xalqının gücünə arxalansa, işğal olunmuş torpaqlarını daha tez azad etmək üçün İran İslam Respublikasının mükəmməl dəstəyi barədə düşünə bilər.
AranNews- Qarabağ münaqişəsinin formalaşması regional və beynəlxalq səviyyədə fərqli gözləntilər və münasibətlər yaratdı. Azərbaycan Respublikasının məzlum xalqı İranla tarixi və dini bağlılıqlarına diqqət etməklə Ermənistanın hücumu qarşısında İranın köməyini gözləyirdilər. Bu məsələ xüsusi mürəkkəbliklərlə yanaşı idi. Bir tərəfdən İran İslam Respublikası öz xarici siyasətinin prinsiplərinə uyğun olaraq hegemonlar qarşısında dünya müsəlmanlarını və məzlumlarını müdafiəsi etməyi zəruri bilirdi, digər tərəfdən də regiounun durumu və İ.İ. Respublikasının 8 illik müharibədən təzə çıxması, müharibənin vurduğu ziyanları aradan qaldırmaq niyyətində olması, iki qonşu ölkənin münaqişəsinə açıq şəkildə daxil olacağı surətdə beynəlxalq səviyyədə təhlükə ilə qarşılaşacağı mülahizələr yaradırdı. Nəhayət, İran ölkəsinin siyasətçiləri gizli olaraq, Azərbaycan xalqı və dövlətinə kömək etməyi qərara aldılar.
Neçə yüz min nəfər müharibə köçkününü Biləsuvar sərhəddində yerləşdirmək, onların çadır və ədyaldan tutmuş, qida, su və elektrik enerjisinə qədər lazım olan bütün ehtiyacları təmin etmək İranın Qırmızı Aypara Cəmiyyətinə tapşırıldı və yerinə yetirildi. Habelə, hərbi təlimlər, əməliyyatlar, ordunun hərbi avadanlıqla təchiz olunması İranın Azərbaycana yardımları sırasında idi. Lakin, beynəlxalq mülahizələri nəzərə alaraq öz yardımlarını heç vaxt aşkar edə bilmədi.
Müharibədən sonra öz xalqı arasında İran İslam Respublikasına qarşı pis fikir formalaşdırmaq məqsədilə Azərbaycan Respublikasının mediasının və bir sıra şəxsiyyətlərinin media oyunu yaratmasının, psixoloji hərəkəti işə salmasının, İranın Azərbaycana dəstəyində şübhə yaratmasının, hətta İranın Ermənistan kömək etməsi kimi yanlış fikir formalaşdırmaq istəməsinin şahidi olduq. Bakı dövlətinin sükutu ilə təsdiq olunan bu media propaqandası həmişə İran diplomatlarının sükutu, yaxud gizli xatırlatmaları ilə yanaşı olmuşdur. Lakin belə nəzərə gəlir ki, indi müharibə həqiqətlərinin və İran İslam Respublikasının öz din qardaşlarına köməklərinin üstünün açılmasının vaxtı çatmışdır.
Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və imam cümə həzrət Ayətullah Amili ötən illərdə Azərbaycan İslam Partiyasının mərhum rəhbəri Hacı Əlikramın vəfatının 40 günü münasibətilə keçirilən mərasimdə Azərbaycan xalqına ünvanlanmış müraciət mesajı verdi və bu həqiqətdə bir iranlı məsul şəxsin ilk dəfə olaraq sözügedən şübhələrə münasibəti idi. Sözügedən mesaj çox önəmli, Qarabağ müharibəsində İranın indiyədək açıqlanmamış roluna, əlbəttə, İranın Ermənistana hərbi yardım göstərməsi barədə Azərbaycan və Türkiyə siyasətçilərinin yaydığı şayiələrə cavab məzumunu daşıyırdı.
Ayətullah Amilinin müraciətdə toxunduğu bəzi məqamlar belədir:
"Əldə olan məlumatlara görə, qətiyyətlə deyə bilərəm ki, Qarabağ problemi SSRİ dağılmazdan illərcə qabaq, ehtimal olunan İran-Azərbaycan ittifaqının qarşısını almaq üçün hazırlanmış oyun idi. Qərbdə yazılmış bu senarini ruslar böyük həvəslə tamaşaya qoydu. Çünki bu problem onların Qafqazda nüfuzunu qorumaq, maraqlarını təmin etmək üçün əlverişli şərait yaradacaqdı.
İranı qardaşdan da artıq sevən Azərbaycan xalqı ondan umduqlarını heç bir ölkə və xalqdan ummursa, böyük qüdrətlərin himayəsi ilə vəhşi erməni təcavüzünə məruz qalmış və təklənmiş Azərbaycan haqlı olaraq İrandan kömək tələb edəcək. Plana görə, İran seçim qarşısında qalmalı olur: ya hərbi müdaxilə yolu ilə erməni təcavüzünün qarşısını almaq, ya da bitərəf mövqe tutmaqla müşahidəçi kimi baxmaq. Birinci mövqe seçilərdisə, İranın Rusiya ilə qarşı-qarşıya dayanması qaçılmaz olacaqdı. Bu isə İran üçün beynəlxalq güclər arasında balansın pozulmasından əlavə ikinci bir cəbhənin açılması demək idi. Bu seçim İslam inqilabının müqəddəratı ilə oynamaq, onun müqəddəs hədəflərini təhlükəyə atmaq idi. İkinci mövqe seçilsəydi, yəni İran erməni təcavüzünə laqeyd yanaşaraq hadisələri uzaqdan müşahidə etsəydi, nə ola bilərdi? Bu şəraitdə İran qınaq obyektinə çevriləcək, qardaşlıq, dindarlıq iddialarında əsassız və puç görünəcək; onun islami-insani dəyərlərə çağırışı siyasi rəng alacaqdı. Burada təkcə vəfasız qardaş yox, hətta xain qonşu damğası ilə qəzəbə tuş gələcəkdi. Bu plan baş tutarsa, təkcə İran-Azərbaycan ittifaqı təhlükəsi sovuşmur, həm də İranı zəiflətmək üçün Azərbaycan bir səngərə çevrilirdi. Beləliklə, onlar üçün İran-Azərbaycan ittifaqı təhdidi əlverişli fürsətə çevriləcəkdi. Yəni 1-ci mövqedə İranın məhvi, 2-ci də isə onun öz müsəlman qardaşları qarşısında rüsvay olması. İran İslam Respublikası nə etməli idi? Bir tərəfdə on minlərlə şəhidin qanı bahasına ərsəyə gəlmiş İslam inqilabını qorumaq zərurəti, digər tərəfdə isə vəhşi erməni təcavüzünə məruz qalmış qan qardaşlarımızı müdafiə etmək istəyi. Ortaq bir yol seçildi: nə açıq-aşkar hərbi müdaxilə və nə də müşahidəçi kimi tamaşaçı mövqeyi. Azərbaycana ordu quruculuğunda təcili yardımlar etmək, müqavimət dəstələri yaratmaq, onlara döyüş təlimləri, silah-sursat, müdafiə sistemini qurmaq üçün lazım olan hər köməyi göstərmək. Geniş miqyaslı, eyni zamanda yarı-aşkar, yarı-məxfi işlər başlandı. Dəstə-dəstə azəri gəncləri İrana partizan əməliyyatları keçirmək üçün təlimə gətirildi”. “Şuşanın azərbaycanlılar yaşayan məntəqələrini qorumaq üçün əlinə silah istəyən olan mübariz insanlara maşın-maşın silah gətirildi. Mövcud hökumətin razılığı, Rəhim Qazıyevin, Rövşən Cavadovun xahişi ilə müdafiə sistemi qurmaq üçün müştərək qərargah yaradıldı. Bu qərargahda təbrizli, ərdəbilli generallar əyləşib ürək yanğısı ilə öz azəri qardaşlarına yardım göstərir, gecə-gündüz əllərindən gələni edib təcavüzün qarşısını almağı çalışırdı.
Bu hərbi köməklər yazılsa, bir kitab olar. Hələ humanitar yardımlar, qaçqın düşərgələri və bu kimi digər işlərə toxunmuram.
Bu gün biz erməniyə silah verməkdə suçlanırıq. Nə qədər dözülməz böhtandır. Əlbəttə, azəri qardaşları qınamırıq, onlar Qərb casus şəbəkələrinin yaratdığı təbliğat bombardmanı altında yaşayır. Hər gün təzə-təzə şübhə və iftiralar eşidir qardaş ölkə haqda. İran siyasətçiləri bu əməkdaşlıqları bu günə qədər dilə gətirməyib və mümkündür diplomatik mülahizələrə görə heç zaman da işıqlandırmayalar. Amma mən deməliyəm, mən imam-cüməyəm, mən xitabət kürsüsündə əyləşib müsəlman qardaşlarımın şübhə və suallarına cavab verməli, onu aydınlaşdırmalıyam. Əgər müsəlman şiə xalqı öz din qardaşlarına münasibətdə bədbin olub, İsrail kimi təcavüzkar bir rejimin informasiya blokadasında çapalayırsa, onlara həqiqəti demək vəzifəmdir”.
“Bizi Ermnistana silah-sursat verməkdə ittiham edirlər. Bu böhtanların hamısı rəzalət üzündəndir. Biz erməniyə yox, öz azəri qardaşlarımıza silah-sursat verirdik. Bizim Ermənistanda yox, Azərbaycanda hərbi təlim mərkəzlərimiz var idi. Azərbaycanda bu məsələlərin minlərlə canlı şahidi var, onlar ölməyib. Zərrəcə insafları olsa, dediklərimi təsdiq edərlər".
"İran Ali Məhkəməsinin sədri cənab Musəvi Ərdəbili xalq hərəkatının qızğın çağında Azərbaycana səfərə getmişdi. O, mərhum Hacı Əlikramın vasitəçiliyi ilə xalq hərəkatı liderlərindən biri ilə görüşmüş, müxtəlif sahələr üzrə sıx əməkdaşlıq təklif etmişdi. Bildirmişdi ki, İranın İraqla 8 illik müharibə təcrübəsinə istinad edib Qarabağ məsələsini qısa zamanda həll edə bilərik. Bircə kəlmə “yox” cavabı almışdı. Cənab M.Ərdəbili bilmirdi ki, hərəkatda insanlar var ki, onların qarşısına tapşırıq qoyulub və bu, Qarabağı azad etmək yox, İranı qıcıqlandırmaqdır. Cənab Ərdəbilinin təklifləri qarşısında hərəkat səlahiyyətlisi demişdi: “Mən yalnız o vaxt İrana gələrəm ki, Təbrizi Azərbaycanın paytaxtı elan edim”. Bu cavaba diqqət yetirin".
" Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içəndən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan əməkdaşlığınızdan xəbərim var (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi). Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə təqdim edərəm. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır”(2).
"Azərbaycan cəbhələrində İranın məxfi iştirakını görən Qərb öz planlarının iflasa uğrayacağını başa düşdü. Təcili tədbirlər görüldü; regionda İslam inqilabı dalğasına qarşı yaranmış Ergenekona gizli tapşırıqlar göndərildi. Bəli, qardaş Türkiyədə, hərbçilər arasında “Mossad”ın ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətinə xitam vermək üçün xüsusi tapşırıq aldı".
"Bu missiyanı həyata keçirmək üçün Vəli Kiçiyə tapşırıq verilir. Qısa vaxtda layihə hazırlanır. Vəli Kiçiyin rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır. Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli idi. Məhz belə şəraitdə Xocalı faciəsi amansızlıqla tamaşaya qoyuldu. Xocalı faciəsi barədə söz çoxdur... Ürəyimizi qana döndərən, biz azərilərə namus ləkəsi gətirən bir müsibəti ermənilər törətdi və buna heç bir şübhə yoxdur. Amma kimin himayəsi və hiyləsi ilə?"
"Çevriliş, Qarabağ cəbhəsindən İranın əlini kəsmək üçün hazırlanmış, günahsız insanların qanı üzərində qurulmuş məkrli plan idi. Onun arxasında Ergenekon, əslində “Mossad” dayanırdı"(3).
"Acınacaqlıdır, Xocalı qırğınına şərait yaradanlardan bəziləri bu faciənin dünyada anılması üçün elə canfəşanlıq göstərir ki, təəccübdən donub qalırsan".
"İsrail siyasətçiləri elan edir ki, İrana zərbə endirmək üçün Azərbaycan bizim üçün ən münasib səngərdir. Onlar açıq-aşkar deyir ki, əgər İran Livan şiələrini hərbi cəhətdən silahlandırıb bizim qarşımıza çıxarıbsa, biz də Azərbaycan şiələrini siyasi və ideoloji cəhətdən silahlandırıb İranın üzərinə yönəltmişik. Acınacaqlı haldır ki, sionistlər bu gün İran-Azərbaycan şiələri arasında yaranan anlaşılmaz vəziyyəti özlərinin ən böyük uğuru sayır. Onların qənaətinə görə, son 20 ildə bu iki xalq arasında o qədər dərin ixtilaflar, şübhə və təfriqələr yaradılıb ki, yüz il ötsə də bu iki qardaşın arasında dostluqdan danışmağa dəyməz.
Görəsən, Azərbaycan hökuməti qanımıza susamış İsraillə həmkarlığa arxalanıb Qarabağı azad etmək istəyir?"
Bu mesajın ardınca İran rəsmiləri də İran İslam Respublikasıınn Qarabağ müharibəsi zamanı Azərbaycana hərtərəfli dəstəklərini ortaya çıxardılar. O cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandiri Möhsin Rezayi 2013-cü ilin fevral ayında "Səhər" televiziya kanalına verdiyi müsahibəsində dedi: “Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”.
SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirdi (4).
Həmçinin, Ərdəbil əhalisinin İslami Şura Məclisində nümayəndəsi və Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Azərbaycan xalqına, Bakı Parlamentinə və hakim Yeni Azərbaycan Partiyasının parlament nümayəndəsi Siyavuş Novruzova ünvanladığı silsilə məktublarda deyilir:
"Deməliyəm ki, cinayətkar gec-tez öz cəzasına çatmalıdır. Çünki bu Allahın vədidir. Qarabağı satanlar bu günə qədər cəzasını almayıb, çünki bu gün onlar hakimiyyətdə təmsil olunurlar.
Rəhim Qazıyevlə, Rövşən Cavadovla, Heydər Əliyevlə və digərləri ilə əlaqələrimin olduğunu ifşa edəcəklərini deyirlər. Mən həmin dövrdə ordu quruculuğuna, Qarabağın azadlığına yardımçı olmaq istəyirdimsə kimlərlə əlaqə saxlamalı idim. Qeyd olunan şəxslərdən biri müdafiə naziri, digəri milli müqavimət hərəkatının rəhbəri, üçüncüsü də prezident idi. Öz müşahidəmdi, Rövşən Cavadov “OMON”-çularla bir mövqedən ermənilərin üzərinə hücuma hazırlaşırdı. Cavadovun bu əməliyyatda iştirakından xəbər tutan ermənilər həmin mövqeni qoyub qaçdılar. Bir zamanlar belə şəxslərlə əlaqə saxladığıma görə indi də məmnunam. Onlar Novruzxan kimilər üçün düşmən ola bilərlər, amma siz Azərbaycan xalqı üçün isə milli qəhrəmanlardır".
"Hamının bilməsi lazımdır ki, mən mərhum Heydər Əliyevin Qarabağ üzrə xüsusi müşaviri olmuşam. Məni ittiham etmək, birbaşa bu ölkənin mərhum prezidentini ittihamlandırmaqdır. Qarabağ məsələsində Heydər Əliyevdən başlayaraq çoxlu adamlarla söhbətlər etmişəm. Mənim mərhum Heydər Əliyevə və ozamankı Müdafiə nazirinə tövsiyələrim Azərbaycanın dövlət arxivlərində mövcuddur.
Yadımdadır, bir gün Azərbaycanın təlim keçmiş qüvvələri Heydər Əliyevin önündə parad keçərkən mənə dedi ki, səni Azərbaycanın Şərəf ordeni ilə təltif etmək istəyirəm. Mən isə siyasi səbəblərdən qəbul etmədim. İndi isə millət vəkili adını daşıyan bir şəxsin mənə xəyanət ittihamı irəli sürməsi həqiqətən gülüncdür".
"Əgər o, yaxud başqa bir kəs bizim yalnız bircə erməniyə hərbi dəstək verdiyimizi sübut etsə, onun bütün iddialarını qəbul etməyə hazıram. Amma onun bilməsi lazımdır ki, məndə müsəlman İranın Azərbaycana hərtərəfli köməklərinə dair sənədlər və çoxlu videomateriallar var. Əgər bu köməklər olmasaydı, indi Azərbaycanın 20 faiz yox, bəlkə 50 faiz torpağı işğal altında idi. İnşallah zamanı gələndə həmin sənədləri yayacağam"(5).
Doktor Mənsur Həqiqətpur bir müsahibəsində açıqladı: "İran İslam Respublikası Qarabağ müharibəsində özünün missiyasını ən yaxşı və münasib şəkildə icra etdi. İnqilabın Böyük Rəhbəri Ayətullah Xameneinin fətvasına əsasən, Qarabağ İslam torpağıdır və hər kəs bu müharibədə iştirak edərək həlak olsa, şəhiddir. Ona görə də İran hər zaman Azərbaycanın torpağının və xalqının himayəçisi olmuşdur" (6).
Son vaxtlarda da iranlı general (Mənsur Həqiqətpur) barədə bir video paylaşıldı. Sözügedən videoda onun birbaşa Azərbaycanın hərbi hissəsində bu ölkənin ordusu qüvvələrinə hərbi təlim verməsi, Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevin onun təlimlərinə baxış keçirməsi görünürdü.
Ortaya çıxan sual budur ki, İranın Azərbaycana köməklərinin aşkara çıxarılmamasının səbəbi nədir?
Yuxarıda qeyd olunan mesajların mətnində vurğulandığı kimi İranın Qarabağ müharibəsinə açıq daxil olması, beynəlxalq qayda-qanunlara zidd idi və bu Rusiyanın, hətta Amerikanın regiona hərbi müdaxiləsi ilə nəticələnə bilərdi. Digər tərəfdən həmin dövrdə İranın məhdud xarici siyasətlərinə diqqət etməklə Qarabağ müharibəsinə açıq daxil olmaq Fələstin məsələsinin qırağa qoyulmasına səbəb olurdu və bu da İranın xarici siyasət strategiyasında qəbuledilməzdir.
İranın Azərbaycan Respublikasına yardımlarının dayanmasına səbəb nə oldu?
Azərbaycan siyasətçiləri pantürkizm yanaşması, İsrail və Türkiyə kəşfiyyat xidmətlərinin onları İranın Azərbaycanın müsəlman xalqı arasında nüfuzu və qarşılıqlı ilhaq təmayüllərinin olmasına inandır bilməsinə rəğmən İranla münasibətləri məhdudlaşdırmaq qənaətinə gəldilər. Bu iki mövzu cənab Musəvi Ərdəbili və Rövən Cavadovun xatirələridə (2) tamamilə aydın görünməkdədir.
Bu günləri görürük ki, əhli-sünnə mübarizləri Fələstində Həmas və Qüds kimi müqavimət hərəkatlarında İsrail qarşısında İranın gücündən tamamilə faydalanırlar, hətta bu gücdən istifadə edərək 22 və 8 günlük mühribələrdə dünyanın ən qüdrətli ordusu sayılan İsrail ordusunu sındıra bildilər. Amma acılar olsun ki, Azərbaycanın o vaxtkı və hazırkı ölkə rəhbələri düşmən qarşısında islami müqavimətə təkid və İranın gücündən istifadə etmək əvəzinə əsassız illuziya ilə özlərini İran İslam Respublikasının imkanlarından məhrum etdilər.
Qarşıya çıxan digər sual budur ki, Ermənistan müsəlman ölkəsinin torpağından bir hissəsini işğal etməsinə diqqət etməklə, nə üçün İran İslam Respublikası Ermənistanla az həcmdə də olsa iqtisadi və siyasi münasibətlər qurmuşdur?
Bu suala cavab vermək üçün gərək İran, Türkiyə, Azərbaycan və Ermənistan ölkələri arasında münasibətlərin müxtəlif aspektləri, bu ölkələrin xarici siyasətdə yeri, qərbin, xüsusən də Amerika, Rusiya və İsrailin milli maraqları araşdırılsın. İranın hərbi kömək və təlimlərinə baxmayaraq, Azərbaycanın dövlət rəhbərləri pantürkçülük və panazərçilik fikirlərinin təsiri altına düşüblər, güclərini Qarabağın azad olunmasına mərkəzləşdirmək əvəzinə İran Azərbaycanının özlərinə ilhaq olması fikrinə düşüblər.
Təəssüflər olsun ki, Azərbaycan Respublikasının prezidenti olmuş Əbülfəz Elçibəyin iddia etdiyi belə axmaq illuziyaların indi də Bakı rəsmiləri arasında tərəfdarları vardır (7).
Bir tərəfdən də Amerika, Rusiya və Türkiyə azəri siyasətçilərini İranın Azərbaycanın müsəlman xalqı arasında nüfuzuna və İrana ilhaq olmaq üçün qarşılıqlı təmayülünə inandıraraq, onları İrana qarşı bədbin edə bilmişdilər. Ona görə də Azərbaycanın dövlət rəhbərləri İranla qarşılaşma siyasəti tutdular, Amerika, İsrail və Türkiyəyə tərəf meyilləndilər, anti-İran və anti-İslam siyasətləri yürütdülər.
Türkiyə dövləti də özünün qərbyönümlü və pantürkçü yanaşmasına diqqət etməklə İran İslam Respublikasının siyasətləri ilə qarşılaşma və müdaxilə etmə siyasətləri yürüdürdü. Bu üzdən İran, Türkiyə və Azərbaycanın anti-İran və anti-İslam siyasətlərini zərərsizləşdirmək üçün Ermənistanla kiçik həcmdə və çox məhdud səviyyədə münasibətlər qurmağa məcbur oldu. Çünki Ermənistan ermənilərin türklər tərəfindən öldürülməsinə görə beynəlxalq atmosferdə Türkiyə dövlətinin təzyiqi ilə üzləşirdi. Bu da onun İranın şimal-qərb dairəsində və qonşuları ilə bir növ siyasi balans yaratmasına səbəb olurdu.
Digər tərəfdən isə Azərbaycan Respublikasının dövlət və ordusu Qarabağ münaqişəsinin həllini Amerika, Rusiya, İsrail və Fransa kimi ölkələrin vasitəçiliyinə tapşırmışdılar. Münaqişənin qərb tərəfləri heç vaxt bu məsələnin həll olunmasının ardınca olmayıblar və olmayacaqlar. Çünki Qarabağ münaqişəsinin davam etməsi onların məntəqədə iştirakının və milli maraqlarının təmin edilməsinin davamına səbəb olur. Bu məsələ zaman ötdükcə münaqişənin adiləşməsinə bais olmuşdur.
Qərb tərəfin münaqişəni həll etməyə meyli olmaması ilə yanaşı Azərbaycanın dövlət rəhbərlərinin də Qarabağı geri almaq üçün heç bir əməli iradəsi olmamışdır. Heç vaxt xatirələrdən silinməyəcək ki, ötən illərdə Minsk qrupunun Rusiya, Azərbaycan  və Ermənistan prezidentlərinin iştirakı ilə baş tutmuş iclası nəticəsiz olaraq tamamlandıqdan sonra İlham Əliyev, Ermənistan prezidenti ilə birlikdə səmimi halda Qarabağ müharibəsini badlərlə unutdular.
Bu izahı nəzərə almaqla İran rəsmiləri beynəlxalq təşkilatlarda Qarabağın ermənilər tərəfindən işğal edilməsini məhkum etmələrinə və Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarılmasına təkid etmələrinə baxmayaraq, hazırkı durumda və Bakı dövlətinin siyasətlərinə diqqət etməklə, İranın öz milli maraqlarını nəzərə alaraq Ermənistanla iqtisadi münasibətlərinə göz yuma bilməzlər.
Aydındır ki, əgər Azərbaycan Respublikasının dövləti öz millətçi yanaşmasını kənara qoysa və Qarabağı azad etmək üçün qərb ölkələrinə üz tutmasının əvəzinə İslam və öz xalqının gücünə arxalansa, işğal olunmuş torpaqlarını daha tez azad etmək üçün İran İslam Respublikasının mükəmməl dəstəyi barədə düşünə bilər.

Qaynaqlar:
1. Müraciətin tam mətnini görmək üçün aşağıdakı ünvana baxın:
www.tabnak.ir/fa/news/۱۶۴۲۶۶
2. Rövşən Cavadov, Qarabağda xalq qüvvələrinin və OMON komandiri olmuşdur. Heydər Əliyevin göstərişi ilə Azərbayacan ordusunun könüllü qüvvələrin qərargahına hücum etməsi nəticəsində şəhid oldu.
3. “Ergenekon” təşkilatı Türkiyədə ifrat millətçi və məxfi fəaliyyət göstərən bir təşkilatdır. Onun üzvləri Türkiyənin təhlükəsizlik və hərbi qüvvələri ilə əlaqəli şəxslərdir. Təşkilat, hal-hazırda Türkiyədə terrorçu hərəkətlər etməkdə ittiham olunur.
4. “Fars” Xəbər Agentliyi, 27/2/2013.
5. Məktubların tam mətnini görmək üçün aşağıdakı linkə baxın:
www.arannews.ir
6. “Fars” Xəbər Agentliyi, 15/5/2013.
7. Nümunə: Siyavuş Novruzov, doktor Mənsur Həqiqətpurun onu 2013-cü ilin Novruzunda Araz çayı sahilində görüşə dəvət etməsinə cavab olaraq, bu görüşdən qaçdı və uşaq fantaziyası ilə dedi: “Təbrizdə parlament sədri olacağım vaxt səni hüzuruma qəbul edəcəm”.

  • Yazılıb
  • da (də) 2016 Apr 14
  • Göndərən مدير سايت Aran News