Tarix : 2016 Apr 15
Kod 48512

İstanbulda Həsən Ruhani, İlham Əliyev ilə görüşdü

İran və Azərbaycan prezidentləri İstanbulda İslam Əməkdaşlığı Təşkilatlını 13-cü sammitində görüş keçirilib.


AranNews-
Hər iki prezident İstanbulda İslam Əməkdaşlığı Təşkilatlını 13-cü sammitində iştirak edir.
İran və Azərbaycan prezidentləri sonuncu dəfə fevralın 23-də Tehranda görüşüblər. İki dövlət arasında 11 müqavilə, anlaşma memorandumu imzalanıb. Sənədlər iki ölkə prezidentinin iştirakı ilə yüksək rütbəli rəsmilər tərəfindən imzalanıb.
Razılaşmalar əsasən fövqəladə hallar, ikitərəfli gömrük əməkdaşlığı, baytarlıq, elektrik, dəmir yolu, Astara-Astara dəmiryolu körpüləri, qadın və ailə, səhiyyə və tibb elmi, məşğulluq və sosial dəstək və digər sahələri əhatə edir.
Həmin vaxt prezident İlham Əliyev iqtisadi sanksiyaların ləğv edilməsi münasibəti ilə Həsən Ruhanini və İran xalqını təbrik edib. Prezident bildirib ki, Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib.
Görüş zamanı Həsən Ruhani bildirmişdi ki, bu ilin sonuna kimi İran və Azərbaycan arasında dəmir yolları birləşdiriləcək.
Onun sözlərinə görə, “Şimal-Cənub” dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Bu yol İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşməsi üçün körpü rolunu oynayacaq.
Aprelin 7-də Bakıda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirmişdi ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü ilə bağlı hazırlıq işləri aparılır.
  • Yazılıb
  • da (də) 2016 Apr 15
  • Göndərən مدير سايت Aran News