Tarix : 2016 Apr 16
Kod 48520

Serj Sarkisyan müharibədən qaçmaq üçün hər şeyi edəcək

“Yeni Ermənistan” Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın yarıtmaz siyasəti Qarabağ münaqişəsinin hazırki vəziyyətə gəlib çıxmasına səbəb olub.
AranNews- bunu “Yeni Ermənistan” Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Sefilyan deyib. O bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın yarıtmaz siyasəti Qarabağ münaqişəsinin hazırki vəziyyətə gəlib çıxmasına səbəb olub.
Onun sözlərinə görə, Azərbaycan tərəfi əla anlayır ki, Serj Sarkisyan müharibədən qaçmaq üçün bütün şərtlərlə razılaşacaq. J.Sefilyan vurğulayır ki, Azərbaycan tərəfinin erməni vertolyotu vurmasına adekvat cavab verilməməsi Ermənistanın qorxaq addımı kimi qiymətləndirilir.
Sefilyan qeyd edib ki, Serj Sarkisyanın son müsahibəsi təəssüf yaratdı: "O yazıq biridir. Serj qeyri-adekvat addım atdı", deyə - müxalifətçi söyləyib.
  • Yazılıb
  • da (də) 2016 Apr 16
  • Göndərən مدير سايت Aran News